Cəmil Həsənli Rüstəm İbrahimbəyovu MŞ-da saxlaya bildi
12:41 17-09-2013
CƏMİYYƏT
Cəmil Həsənli Rüstəm İbrahimbəyovu MŞ-da saxlaya bildi
“El”çilər yenidən aktivləşir
Nəhayət ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin London və Tiflis görüşləri sona çatdı və aydın oldu ki, gözləntilər özünü doğrultmadı. Belə ki, səfər öncəsi iddia olunurdu ki, Milli Şura üzvləri Londonda rəsmi qrumlar tərəfindən qəbul olunacaq və seçkilərdə müxalifət xarici dəstək qazanacaq. Amma səfər zamanı məlum oldu ki, müxalifət nümayəndələrini bir neçə QHT rəhbərindən başqa heç kim qəbul etməyib.
Bu isə sübutlayır ki, ABŞ kimi Avropada, Azərbaycanda keçirilən prezident seçkilərinə həssas yanaşırlar və müxalifəti heç də mövcud hakimiyyətə alternativ güc kimi tanımırlar. Gəlin detallara önəm verməmişdən əvvəl Cəmil Həsənlinin səfəri ilə bağlı verdiyi açıqlamalara baxaq. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli və Eldar Namazovun London səfəri, Cəmil Həsənlinin Tiflisdə Rüstəm İbrahimbəyovla görüşü haqda məlumat verilib.C.Həsənli R.İbrahimbəyovun vahid namizəd ola bilməməsindən sevinən və Milli Şuranın dağılacağını düşünən şəxslərə səslənib: “Əsasən hakimiyyətə yaxın olan mətbuat orqanlarında Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı halda Milli Şuranın dağılacağını deyirdilər. Amma biz bu çətin vəziyyətdən uğurla keçdik və fəaliyyətimizi uğurla davam etdiririk”.Milli Şuranın vahid namizədi bildirdi ki, London səfərində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərində Azərbaycandakı seçki qabağı vəziyyət, seçki üçün yaradılan şərait, siyasi məhbuslarla bağlı geniş müzakirələri olub: “Britaniya səfirliyində də görüşümüz oldu. Bu görüşdə Azərbaycan-Britaniya münasibətləri, seçki ərəfəsində ölkədəki vəziyyət ətraflı şəkildə müzakirə olundu. BBC-nin ofisində də görüşümüz oldu. Milli Şuranın vahid namizədi olaraq ölkədəki siyasi proseslər, insan haqları, siyasi məhbuslar, sosial-siyasi həyat, London görüşlərimiz haqda ətraflı məlumat verdim”.Cəmil Həsənli Tiflis görüşü haqda danışarkən dedi: “Biz fikirləşirdik ki, Rüstəm İbrahimbəyovla Londonda görüşərək Milli Şuranın seçki strategiyası haqda müzakirələr aparaq. Amma müəyyən səbəblərdən Londonda bu görüş baş tutmadı. Biz bu görüşü Tiflisdə keçirməyi qərarlaşdırdıq. Tiflis görüşümüzdə Milli Şuranın seçki strategiyası müzakirə olundu. Müzakirələrimiz Milli Şura üçün faydalı oldu. Rüstəm İbrahimbəyov əvvəl olduğu kimi Milli Şuranın sədridir və fəaliyyətini davam etdirir. Mətbuatda Rüstəm İbrahimbəyovun Milli Şuradan getmək istəməsi haqda yazılan məlumatlar həqiqəti əks etdirmir”.
Gördüyünüz kimi açıqlamada da London səfərinə xüsusi yer ayrılmayıb və ümumi fikirlərlə mövzudan yayınıblar. Amma bunun qarşılığında aydın olur ki, Milli Şura daxilində ciddi çatlar yaranıb və Rüstəm İbrahimbəyovun istefa verməməsi üçün Cəmil Həsənli onunla da görüşmək zorunda qalıb. Ekspertlər bildirir ki, hazırda Rüstəm İbrahimbəyov hələ ki, istefa verməsədə demək olar ki, fəaliyyətini tamamı ilə dayandırıb. Bundan başqa Rüstəm İbrahimbəyovun komandası kimi tanınan “El” hərəkatıda oyundan kənar durumdadır və Müsavatın təkidi ilə sonuna qədər də etibarsız komanda kimi Milli Şuranın bir küncündə qalmağa məhkum olacaqlar. Müşahidəçilər iddia edir ki, seçkilərə az zaman qalmış əslində “El” hərəkatı ilə Müsavat arasında ciddi münaqişələr yaranacaq. Çünki Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla görüşündən sonra Eldar Namazov və yaxın çevrəsi yenidən hərəkətə keçib. Çox maraqlıdır ki, mətbuat konfransında partiya liderlərindən demək olar ki, heç kim iştirak etməyib və buda sübutlayır ki, artıq bu liderlər “El”lə bir sırada durmaq niyyətində deyil.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22