Azərbaycan İdman Akademiyası 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin statistik göstəriciləri təqdim edir.  

Bu barədə "Unikal"a  ASA-dan məlumat verilib.

Sözügedən dövrdə ümumilikdə 338 tələbə kredit üçün müraciət edib, onlardan 311 nəfərinin müraciəti rəsmiləşdirilib. 

Bu göstəricilər tələbə təhsil kreditlərinin əlçatanlığının artırılması və təhsildə sosial bərabərliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.