Rusiya Serj Sərkisyanı devirməyə hazırlaşır
12:24 25-10-2013
DÜNYA
Rusiya Serj Sərkisyanı devirməyə hazırlaşır
Putinin Ermənistan prezidentinə qarşı sensasion planı açıqlandı
Ermənistanın baş naziri Tiqran Sərkisyanın Sankt-Peterburqa səfəri zamanı verdiyi bəyanatlar ölkədə geniş reaksiya doğurmuşdu. O, Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirmişdi ki, Ermənistan Gömrük Şurasına daxil ola bilməz. Baş nazir fikrini belə əsaslandırmışdı ki, Ermənistan ilə Gömrük Şurası ölkələrinin ümumi sərhədi yoxdur.
Xatırladaq ki, bu səfər Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya etdiyi və Gömrük Şurasına daxil olmağa razılığı verdiyi 3 Sentyabr səfərindən əvvəl reallaşmışdı.
Ermənistanın “Jam” qəzeti yazır ki, bu müsahibədən sonra hakimiyyət dairələrində T.Sərkisyan erməni qərbçilərinin əsas lobbisti olaraq dəyərləndirilmişdi. Ancaq qəzet mətbuatın bu gün baş nazirin prinsipsizliyini təsdiq etdiyini qeyd edib. “Çünki, T. Sərkisyan Gömrük Şurasına birləşmənin əsas carçılarından biri olub. T. Sərkisyanın prinsipsizliyi çoxlarına məlumdur. Amma bəziləri də bilirlər ki, Qərb yönümlü hesab edilən T. Sərkisyan son bir neçə ay ərzində Rusiya dairələri ilə birtərəfli intensiv əlaqələrə malik idi”, - “Jam” yazır.
Erməni nəşrinə görə, T.Sərkisyan özünü rusiyameylli və Ermənistanı Rusiyaya aparmağı bacaran yeganə siyasətçi kimi aparır: “Bununla da o, Qərb dairələri ilə hansısa sıx əlaqələrə malik olduğunu bildirərək hazırkı prezidenti alçaldır. Təbii bu barədə Ermənistanın geniş ictimaiyyətinə heç nə məlum deyil, çünki cəmiyyətdə Tiqranı ən Qərbyönümlü siyasətçilərdən biri hesab edirlər. Baş nazirin fikirləri onu göstərir ki, o, daha öz niyyətlərini gizlətmək niyyətində deyil. Xüsusən 3 Sentyabrdan sonra Serj Sərkisyanın ruslarla bağlı manevr etmək imkanları əhəmiyyətli dərəcədə azalıb və çoxları əvvəlcədən xəbər verirlər ki, “Qərb istiqamətində” heç bir möcüzə olmayacaq. T. Sərkisyanın layihələri tamamilə həyata həyata keçirilmiş ola bilər”.
“Jam” qeyd edir ki, Rusiya mənbələri T. Sərkisyan üçün əsas maneə kimi onun aşağı legitimliyini qeyd edirlər. Qəzetə görə, bununla belə həmin mənbələr əlavə edirlər ki, Serj Sərkisyandan fərqli olaraq onun üzərində 27 Oktyabr 1999-cu il parlament qətliamı, nə də 1 Mart 2008-ci il qırğınları kimi hadisələrin damğası yoxdur. “Erməni ictimaiyyətinə bu faktların təqdim edilməsi çox əhəmiyyətlidir. Bütün iqtisadi müvəffəqiyyətsizlikləri isə asanlıqla Serj Sərkisyanın üzərinə atmaq olar. Bütün bunları erməni ictimaiyyətinə izah etmək çox asan olacaq”,- qəzet yazır.
Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də iclas zamanı parlamentə girən silahlılar baş naziri Vazgen Sərkisyan, parlament sədri Karen Demirçiyan, vitse-spikerlər Yuri Baxşiyan və Ruben Miroyan, eləcə də bir neçə deputatı güllələmişdilər. Hadisədə Rusiyanın əli olduğu isə heç kimdə şübhə doğurmurdu.
2008-ci il martın 1-də isə prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə atəş açılmışdı. Nəticədə 10 nəfər( bəzi mənbələrdə 30 nəfər göstərilir-red) ölmüş, təxminən 200 nəfər yaralanmışdı.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43