"Rosselxoznadzor" (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq.

"Unikal" xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, məhdudiyyətlər 27 iyul 2026-cı ildə qüvvəyə minəcək.

Agentliyin mütəxəssislərinin 14-21 iyul tarixlərində Rusiyaya süd məhsulları tədarük edən Ermənistan süd emalı zavodlarında yoxlama apardığı və nəticədə istehsalda yoluxmuş mal-qaranın südünün istifadə edildiyi müəyyən edilib.