Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti Liza Klaveness Dünya Kubokunun 64 komandaya qədər genişləndirilməsi ideyasını ağılsızlıq adlandırıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, əsassız bir təklifdir.

"20 ildir orada oynamayan bizim kimi kiçik ölkələr Dünya Kubokunun 48 komandaya qədər genişləndirilə biləcəyini göstərdilər. İndi 64 komanda haqqında danışmağa başlamaq futbolun maraqlarına uyğun deyil və hətta ağlabatan deyil", - Klaveness bildirib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku tarixdə 32 əvəzinə 48 komandanın iştirak etdiyi ilk turnir oldu. Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən qəbul edilən bu format, iştirakçı komandaların coğrafi əhatə dairəsini genişləndirib və əlavə 40 oyun əlavə edərək ümumi oyun sayını 104-ə çatdırıb. FIFA prezidenti Canni İnfantino həmçinin təşkilatın komandaların sayını 64-ə çatdırmağı düşündüyünü də açıqlayıb. 

İspaniya finalda Argentinanı məğlub edərək 2026-cı il Dünya Kubokunun qalibi olub. Matçın əsas vaxtı 0-0 hesabı ilə başa çatıb və yeganə qolu ikinci əlavə vaxtda 26 yaşlı "Barselona"nın hücumçusu Ferran Torres vurub.

Gülayə Mecid