ABŞ Gilan əyalətinin şimalında yerləşən SEPAH Hərbi Dəniz Qüvvələrinin qərargahına zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Zibakenar şəhərində yerləşən Həzrət Seyid əş-Şuhada dəniz qüvvələrini qərargahı Amerika qüvvələri tərəfindən hücuma məruz qalıb", - deyə açıqlamada bildirilir.
İlkin məlumatlara görə, hücum nəticəsində heç kim xəsarət almayıb.
Bu arada ABŞ Mərkəzi Komandanlığı Amerika ordusunun İrana daha bir sıra zərbələr endirdiyini bildirib.



























.jpg)























