İranın mənəvi irs davası
11:51 06-12-2013
DÜNYA
İranın mənəvi irs davası
Söhbət Ermənistan və İran arasında açılacaq dəmiryol xətti vasitəsilə Rusiyadan nüvə silahının əldə edilməsi üçün daşınacaq avadanlıqlardan gedir
İranın Ermənistandakı səfiri Mahmud Raufnejad Rəis erməni mətbuatına açıqlamasında Azərbaycan barədə məntiqsiz danışıb. M.Raufnejad erməni jurnalistin Dağlıq Qarabağ barədə sualına cavab verərkən belə deyib: "Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü ərazi iddiaları əsassızdır.
Azərbaycan Ermənistandan başqa digər dövlətlərə də ərazi iddiaları ilə çıxış edir".
Axı İran Cenevrədə
ABŞ-a söz vermişdi?
Fars səfir digər dövlət deyəndə İranı nəzərdə tutur. Çünki İran ərazisinin böyük hissəsini tarixi və qədim Azərbaycan torpaqları olan Güney Azərbaycan tutur. Ona görə aqressivdir ki, ABŞ və Qərbin gündəmində həmin ərazilərin Şimali Azərbaycana birləşdirilməsi məsələsi var. Güney Azərbaycanda yaşayan 35 milyondan çox türkün mollalardan tələb etdiyi təbii və hüquqi haqqı var. Həmin haqların beynəlxalq ictimaiyyət tərəfindən tanınması var. Rejim isə yaranmış həmin vəziyyətin fonunda Dağlıq Qarabağı "Ermənistan ərazisi" kimi qələmə verməklə bildirmək istəyir ki: "Nəinki Dağlıq Qarabağ, heç Güney Azərbaycan türk torpaqları deyil". Özünü aldatmaqla təskinlik tapır. Həmçinin fikir yayındırmaqla, Azərbaycan tərəfi təxribata çəkmək niyyəti güdür ki, yaranmış qarışıq vəziyyəti lehinə dəyişsin. İran Azərbaycanı tanımadığını son zamanlarda bir neçə dəfə dövlət rəsmilərimizin bu ölkəyə səfərində təsdiq edib. Xarici işlər naziri Elmar Məmmədyarovun son İran səfəri dövlətimizə qarşı bir sıra hörmətsiz məqamlarla yadda qaldı. Ənənəvi olaraq rəsmi görüşlərdə Azərbaycan bayrağı yenə gözə dəymədi. İran prezidenti Həsən Ruhani azərbaycanlı naziri qəbul etməkdən imtina etdi.
Lakin, E.Məmmədyarovdan bir müddət əvvəl Tehrana gedən Ermənistanın energetika naziri Armen Movsisyan H.Ruhani və digər iranlı rəsmilər tərəfindən xüsusi ajiotajla qəbul edildi. Həmçinin İran mediası sərhəddə baş verən son hadisələri də Azərbaycanın ayağına yazdı. İranın "Səhər" telekanalı sərhədi pozaraq Azərbaycan tərəfinə keçmək istəyən sərhəd pozucularının sərhədçilərimiz tərəfindən qarşısının qanuni şəkildə almasını "təxribat" kimi qələmə verdi. İranın qənaətinə görə, qaçaqmal alverilə məşğul olanlar əl-qollarını yanlarına sallayaraq sərhədi keçə bilərlər və Azərbaycan tərəfi buna şərait yaratmalıdır. İran həmçinin artıq tarixi Azərbaycan oyunu olan Çövkən və türk şairi Nizami Gəncəvi ətrafında yaratdığı gərginliklə az qala Azərbaycanla əlaqələri kəsmək həddinə çatdırıb. Həmçinin İran tərəfi o cümlədən deyir ki, Cənubi ilə yanaşı Şimalı da İranındır və "Azərbaycanı geri qaytarmaq" lazımdır. Azərbaycan isə dünyada İran və bütün ölkələr üçün yeganə tərəfdaşdır ki, heç vaxt onlar haqqında separatçılıq fəaliyyətlərində olmayıb. Nə də ki, ərazi iddiaları irəli sürməyib. Əgər ki, İran Azərbaycanın erməni və rus silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın geri qaytarması cəhdlərini "separatçılıq" və "yersiz iddia" kimi başa düşürsə, Tehranın münaqişənin nizamlanması cəhdlərində vasitəçilik missiyasını nəyə görə, öz üzərinə götürmək niyyətinin nəyə hesablandığı bəlli olur. Bircə dəfə də olsun, Dağlıq Qarabağı Azərbaycan ərazisi adlandırmayan
İran həmişə Ermənistan ordusunun işğalı altında olan türk ərazilərini "müsəlman torpaqları" adlandırıb.
Molla rejimi Dağlıq Qarabağa "müsəlman torpaqları" deməklə, həmin ərazilərin İrana aid olmasına eyham vurur. Artıq mollalar bunu bir neçə dəfə dolayı və açıq yolla dilə gətiriblər. Lakin İran hələ də başa düşmür ki, onun ətrafında yaranmış gərgin vəziyyətdən çıxış yolu Azərbaycan və Türkiyə ilə isti münasibətlərin qorunub saxlanılmasından keçir. Tehran isə bunun müqabilində Türkiyə və Azərbaycanı İrandan tamamilə uzaqlaşdırır. Səbəbi isə hər iki dövlətin türklərə məxsus olmasıdır.
İran dünyada yeganə
İslam dövlətidir ki...
İran dünyada yeganə İslam dövlətidir ki, İsraildən sonra qəbul edə bilmədiyi dövlət Azərbaycandır; Azərbaycanın dünyanın fiziki və siyasi xəritəsindən silinməsini istəyir; Dağlıq Qarabağın öz tərkib hissəsi olduğunu zənn edir; Daxilindəki 35 milyondan çox Azərbaycan türkü ilə qul kimi rəftar edir; İsraili Fələstin və Suriya ərazilərini işğal etdiyinə görə dövlət kimi tanımayaraq, işğalçı və separatçı Ermənistanla bütün sahələrdə dostluq əlaqələri saxlayır; Azərbaycanın müstəqilliyini həzm edə bilmir; Mediasında Azərbaycanın milli maraqlarına uyğun olmayan məlumatlar yayımlanır; Azərbaycan mədəniyyətini özününkiləşdirir; Türkləri fars mənşəli millət adlandırır; Azərbaycan Respublikasını öz ərazisi hesab edir; Tarixdə Azərbaycan adlı dövlətin olmadığını iddia edir;
"Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı 1-ci yerə İsrailin çıxardığını deyir; Azərbaycanda məzhəblərarası qarşıdurmaların yaranmasında maraqlıdır; Azərbaycanda sünni məzhəbindən olanlara kini var; "Harda türk varsa, ora farslarındır" - deyir və s. və i.a.
İran nəyi bilməlidir?
İran bunu bilməlidir: Nizami Gəncəvi Azərbaycanın milli şairidir, özü də türkdür. Nəinki Dağlıq Qarabağ və Güney Azərbaycan, hətta Borçalı, Dərbənd, Ermənistan tarixi Azərbaycan əraziləridir. Çövkən Azərbaycan mədəniyyətinin tərkibidir. Tehran ən çox türkün yaşadığı İstanbuldan sonra ikinci şəhərdir. Azərbaycan və azərbaycanlılar ondan heç nə istəmir. Türklük şərəf deməkdir, barbarlıq yox. Türklər tarix yaradır, keçmişi öz xeyrinə dəyişmir. Türklərin İranda 1000 illik hökmranlığı olub. Regionun yeganə ari milləti türklərdir, qalanları bizdən sonra gəlib. Bilməlidir. Bilmirsə, yüz faiz nə vaxtsa, başa salınacaq. Söhbət Ermənistan və İran arasında açılacaq dəmiryol xətti vasitəsilə Rusiyadan nüvə silahının əldə edilməsi üçün daşınacaq avadanlıqlardan gedir. Axı, İran Cenevrədə ABŞ-a söz vermişdi?
Ömər Zamin
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15