Orta Asiyalıların Suriyada nə işi var?
12:00 06-12-2013
DÜNYA
Orta Asiyalıların Suriyada nə işi var?
Bəşər Əsəd əleyhinə döyüşməyə gedən cihadçılar haqqında sensasion təfərrüatlar!
Mehriban oğlu ilə ötən yay son telefon danışığından sonra ana iztirabları keçirir. O oğlunu 2011-ci ildən bu yana görməyib. O vaxt onun oğlu, Qırğızıstanın cənubundakı özbək kəndi Suzakdan olan 5 dostu ilə birlikdə Moskva yaxınlığına pul qazanmaq üçün getmişdilər.
Lakin oğlunun son zəngindən sonra Mehriban başa düşüb ki, o və dostları Rusiyanı tərk edərək “əl-Qaidə”yə qoşulublar və Bəşər Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya gediblər: “Gedəndən bir ay sonra mənə pul göndərdi və yoxa çıxdı. Son dəfə beş ay bundan əvvəl zəng edib. Çox uzun bir nömrə idi. Bu nömrəyə təkrar zəng edəndə cavab verən olmadı. Bundan sonra biz polis və təhlükəsdizlik qüvvələrinə kömək üçün müraciət etdik. Biz həmin nömrəni polisə verdik. Son dəfə zəng edəndə oğlum demişdi ki, qayıdacaq."
Suriyadakı övladlarından telefon zəngləri almış başqa valideynlər də Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinə müraciət ediblər. Onlar övladlarının indi harada olmasını bilmirlər, lakin narahatdırlar ki, bəlkə də onların övladları öldürülüblər. Onlar övladlarını Mərkəzi Asiyadakı kiçicik kənddən Suriyanın vətəndaş müharibəsinə aparımış cığırı tapmağa çalışırlıar.
Müharibəyə necə gedirlər?
Qırğızıstanın hakimiyyət orqanları bildiriblər ki, təhqiqat sözügedən 6 nəfərin onlar Moskvaya gəldikdən sonra oradakı rusdilli sələfi cihadçıları tərəfindən səfərbər edilərək Türkiyəyə, oradansa Suriyaya göndərildiyini göstərir.
Lakin Ruisiyanın Şimali Qafqaz regionundan olduqları düşünülən səfərbərçilər “əl-Qaidə”nin, təkcə Mərkəzi Asiyadan deyil, bütün dünyadan Suriyaya döyüşçü cəlb edən beynəlxalq şəbəkəsinin yalnız bir qoludur.
Suriyaya kimlər aparılır?
“Rand Corporation” şirkətinin baş məsləhətçisi Maykl Jenkins noyabr ayında ABŞ Konqresi qarşısında ifadə verərkən demişdi ki, hazırda Suriyada döyüşən 6000-dən 8000-dək əcnəbi qiyamçı var.
Jenkins deyir ki, onların əksəriyyəti qonşu Ərəb ölkələrindən gəlib, lakin Şimali Amerika və Avropadan gələnlər də az deyil: "Onlardan “əl-Qaidə”yə bağlı olanların maliyyəsi Körfəzin sünni monarxiyalarındakı şəxsi ianələrdən gəlir. Donorlar varlı adamlardır”.
Müqayisədə Suriyada Mərkəzi Asiyadan olan qiyamçıların sayı azdır. Lakin 2013-cü il ərzində Mərkəzi Asiya cihadçıları “Cəbhət əl-Nusra” kimi “əl-Qaidə” s cihadçı qruplarında getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayıblar.
Onların radikallaşması və Suriyaya səfərbər edilmələrinə aparan yollar mürəkkəb və qaranlıqdır.
Orta Asiyada da sələfiləri
ittiham edirlər
Qırğızıstan və Qazaxıstanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu proses işsizləri və narazıları cəlb edən kiçik və qapalı sələfi qruplarından başlanır.
Rusiya və Mərkəzi Asiyanın hakimiyyət orqanları adətən “Hizb-ut-Təhrir” və “Təbliği Cəmaət” kimi üzdə olan sələfi qruplaşmalarını günahlandırırlar. Lakin bu qruplar sünni cihadçılarla heç bir əlaqələri olmadığını rəsmən elan ediblər.
Vaşinqtonda mənzillənmiş Jamestown Foundation Fondundan terrorizm üzrə ekspert Yakob Zenn inanmır ki, bu sələfi qruplaşmaların “əl-Qaidə” ilə birbaşa əlaqələri var: “”Hizb-ut Təhrir” özlüyündə zorakı təşkilat deyil. Mən
“Hizb-ut-Təhrir”in hansısa zorakı aksiyalarda iştirakını sübut edən dəlillər görmürəm, hərçən hökumətlər onları çox vaxt məhz bu əməllərdə suçlayır”.
“ABŞ sələfilərlə
cihadçıları ayrı tutur”
Bu məsələ barəsində ABŞ Konqresi qarşısında ifadə vermiş Zenn bildirib ki, sələfiliyin ideoloqları və radikal cihadçılar arasında fərq var. Lakin o, etiraf edir ki, sələfi ideologiyası “əl-Qaidə”yə qoşulanların radikallaşmasında ilk addımdır: "Cihadçılar arasında yayılmış meyllərdən biri də sələfi ideologiyasına bağlı olanları cəlb etmək və onları inandırmaqdır ki, indi onlar bütün dünyanı bu ideologiyaya gətirməklə məşğul olmalıdırlar. Məhz buna görə də “Hizb-ut-Təhrir” və ya “Təbliği Cəmaət” kimi qruplaşmaların sələfi ideologiyasına gətirdikləri adamları cihadçıların səfərbərliyə almaları asanlaşır, çünki onlar son nəticə olan zorakılğa bir addım da yaxınlaşmış olurlar”.
Zenn deyir ki, sələfilər Qırğızıstan kimi yerlərdə kök atmağa başlayıblar. Lakin onun fikrincə, Mərkəzi Asiya cihadçıları adətən, Türkiyəyə, sünni çoxluğa malik Körfəz ölkələrinə, Əfqanıstana, Pakistana və hətta Rusiyaya səfər etdikdən sonra radikallaşır və cihada cəlb edilirlər.
Gəncləri necə inandırırlar?
Cənubi Qazaxıstandakı Jetisay vilayətindən olan Oryenbasar Kamatayev düşünür ki, oğlu Nurlanın başına buna bənzər bir hadisə gəlib.
Kamatayev keçən oktyabrda, “əl-Qaidə”nin “İraq və Suriyada İslam Dövləti” təşkilatındakı qazax cihadçılarının videosunda öz nəvələrini görəndə şoka düşüb.
Kamatayev deyir ki, onun oğlu bir neçə il bundan əvvəl qətiyyən dindar adam olmayıb.
Lakin Nurlanın işlədiyi tikinti şirkəti müflis olandan sonra o, Qazaxıstanın dövlət dini qurumunun səlahiyyətləri xaricində olan qeydiyyatsız sələfi qruplarından birinə qoşulub: "Onun davranışı iki, ya üç ayın içində dəyişdi. Səhv etmirəmsə, 2012-ci il idi. O ibadət etməyə başladı. Gecə-gündüz elə hey Quran oxuyardı. Bir gün mən ona dedim ki, belə etməsin. Yəni ibadət etsin, lakin bunu gecə-gündüz fasiləsiz olaraq etməsin. Ona dedim ki, “molla olmaq istəyirsən, yoxsa nədir?” O dedi ki, bəxtsiz adamdır və indi yalnız Allaha inanır və sair və ilaxır. Bu söhbətdən sonra o mənimlə danışmadı və tədricən bizdən qırıldı”.
Kamatayev deyir ki, Nurlan sələfi qruplaşması ona iş tapandan sonra arvad-uşağını da götürərək Yaxın Şərqə yollanıb. Bundan sonra Kamatayevin nəvələri Suriyada çəkilmiş “əl-Qaidə” videosunda görünüblər.
Videoda görünən onlarca qazax cihadçılarının yaxınları “Azadlıq” radiosuna oxşar hadisələr barədə danışıblar.
Qazax səfərbərləri qohumlarına deyiblər ki, onlar işləmək və ya “dini təhsil” almaq üçün Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Qətərə yollanıblar, lakin Qazaxıstanı tərk edəndən sonra daha da radikallaşıblar.
Qırğızıstan, Qazaxıstan,
Özbəkistan...
Özbəkistanın İslam Hərəkatından (ÖİH) olan sələfi cihadçıların Suriyaya yolu fərqli olub.
2011-ci ilədək Rövşən ÖİH döyüşçüsü kimi Əfqanıstanda və Pakistan talibançıları ilə yanaşı Cənubi Vəziristanda cihad müharibəsində iştirak edib.
Lakin Suriyada müharibə başlanandan sonra Rövşən sünni müsəlman olan Pakistan əsgərlərinə qarşı “sələfi cihadından” məyus olub.
Müsəlmana qarşı
cihad səfərbərliyi?
O bildirib ki, Suriyada ələvilərə və Əsədpərəst İran şiə yaraqlılarına qarşı vuruşmaq daha yaxşıdır, çünki onlar həqiqi İslamdan sapmış “kafir müsəlmanlardır”.
Rövşən həmçinin deyir ki, Türkiyəyə gəldikdən az sonra, tezliklə “əl-Qaidə”nin əl-Nusra təşkilatı tərəfindən səfərbərliyə alınıb.
İyul ayında Hələbin topa tutulması zamanı ayağını itirmiş Rövşən indi Türkiyədədir və onu Suriyaya göndərmiş “əl-Qaidə” şəbəkəsi ilə əlaqələrini davam etdirir.
ÖİH-in Özbəkistanın Fərqanə vadisindən olan üç keçmiş döyüşçüsü Türkiyəyə getdikdən sonra Əl-Nusra tərəfindən səfərbərliyə alınmaları barədə buna bənzər əhvalatlardan bəhs ediblər.
Onlar deyirlər ki, qrupla ilkin əlaqələri Türkiyənin Hatay vilayətində mənzillənmiş internet əlaqələndiricisi – bir özbək sələfisi vasitəsilə olub. Həmin vasitəçi Avropa, Şimali Amerika, Rusiya və Mərkəzi Asiyadakı potensial döyüşçülərlə İPad vasitəsilə əlaqə qurur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15