ABŞ-ın Suriya ətrafında yeni oyunu
12:56 07-02-2014
DÜNYA
ABŞ-ın Suriya ətrafında yeni oyunu
Bəşər Əsəd isə ümumi yumşalma fonunda Türkiyəyə qarşı siyasi hücumlara başlayıb
ABŞ keçən ilin sonlarından Suriya və İranla bağlı siyasətini yumşaltmağa başladı. Amerika prezidenti Barak Obama həm Suriyadakı münaqişə, həm də İranın nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bəyan etdi. İranın “altılıq” dövlətləri ilə bağlı apardığı danışıqlar yenidən bərpa olundu və Tehrana qarşı daha əvvəl tətbiq olunan iqtisadi sanksiyalar ləğv edilməyə başlandı.
Son məlumatlara görə isə, Vaşinqton Suriya məsələsinin həlli ilə bağlı regional dövlətlərdən ibarət vasitəçi qrupun yaradılmasını təklif edib. ABŞ-ın dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrova Amerika, Rusiya, Türkiyə, İran və Səudiyyə Ərəbistanından ibarət regional formatda Suriya danışıqlarının davam etdirilməsini təklif edib. Yəni ABŞ Rusiya və İranın danışıqlara qoşulmasını istəyir, digər tərəfdən, Türkiyəni oyunda saxlayır və Qətəri Səudiyyə Ərəbistanı ilə əvəzləyir.
Amerika prezidenti Barak Obamanın çıxışından da belə nəticəyə gəlmək olar ki, mənsub olduğu Demokratlar Partiyasının qoyduğu ənənəni pozmaq və prezidentlik müddəti başa çatana qədər müharibəyə girişmək fikrində deyil. Suriya məsələsinin həllinə Rusiya və İranı cəlb etməsi isə həmin müddətdə geosiyasi gərginliyi azaltmaq və Amerikanın daxili sosial-iqtisadi məsələləri ilə məşğul olmağa vaxt qazanmaq istəyilə bağlıdır.
Güman etmək olar ki, ABŞ müdafiə naziri Çak Heygelin Türkiyəyə gözlənilən səfərinin ləğv olunması da Vaşinqtonun Suriya ilə bağlı hərbi planların icrasını bir müddət təxirə salması ilə bağlıdır. “The New York Times” qəzeti isə hesab edir ki, Pentaqon rəhbərinin səfərinin baş tutmamasını Vaşinqtonun artıq Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasını dəstəkləməməsi ilə əlaqədardır. Qəzet yazarının fikrincə, ABŞ Türkiyənin kifayət qədər müstəqil siyasət yürütməyə can atmasından narahatdır.
Amerikanın Suriya danışıqlarına yenidən Türkiyəni cəlb etməsi onu göstərir ki, Vaşinqton Ankaranın Yaxın Şərq oyununda iştirakını istəsə də, artıq ölkənin sükanını islamçı Ərdoğana etibar etmək istəmir. Odur ki, Türkiyədə hakimiyyət dəyişikliyi baş verənə qədər formal danışıqlaraın davam etdirilməsini istəyir.
Güman ki, Suriya ilə bağalı aktiv fəaliyyət ABŞ və Türkiyədəki siyasi qüvvələrin dəyişməsindən sonra başlayacaq. ABŞ anladı ki, Türkiyədə islamçı qüvvələrin hakimiyyətə gəlməsi Yaxın Şərqin İslam bayrağı altında birləşməsi ilə nəticələnə bilər, odur ki, Misir prezidenti dərhal hakimiyyətdən devrildi, “Müsəlman Qardaşları” təşkilatı zəiflədildi və Ərdoğan hakimiyyətinə güclü zərbələr endirildi. Paralel olaraq şiələrə dəstək verilməsi çərçivəndə İrana qarşı sanksiyalar ləğv olundu, Bəşər Əsədə qarşı müharibə səngidildi. Bununla şiələrə dəstək verildi ki, Yaxın Şərqdə sunnilərin üstünlük əldə etməsi regionun sonrakı mərhələdə nəzarətdən çıxması anlamına gələcəkdi. Belə nəticəyə gəlmək olar ki, Qərb Yaxın
Şərqdə konfrantasiya vəziyyətinin saxlanılmasında maraqlıdır.
Bu arada Bəşər Əsəd ümumi yumşalma fonunda Türkiyəyə qarşı siyasi hücumlara başlayıb. Suriya prezidenti “France Presse” agentliyinə verdiyi müsahibəsi zamanı gözlənilmədən ermənilərin kütləvi qırğınından bəhs edib və bu olaylara görə Osmanlı İmperiyasının məsuliyyət daşıdığını söyləyib. Beləliklə ilk dəfə olaraq Suriya prezidenti “erməni soyqırımı”nı tanıdığını bəyan edib. O hətta, Suriyada hazırda terroçular tərəfindən həyata keçirilən kütləvi qırğınları 500 il əvvəl Osmanlı tərəfindən guya törədilmiş qırğınlara bənzədib.
Əsədin bu addımı ilk baxışdan Türkiyənin onunla bağlı tutduğu mövqeyə görə Ankaranın siytasi imicinə zərbə vurmaq istəyi kimi görünə bilər. Əslində isə Əsəd fransanın Suriya müxalifətçilərinə silah satmaq planlarından narahatdır və erməni soyqırımını tanımaqla Fransadakı erməni icmasını prezident Fransua Ollandın bu planına qarşı çıxmasına təhrik etməyə çalaşır. Təsadüfi deyil ki, Bəşər Əsəd bu açıqlamasını məhz Fransanın “France Presse” agentliyinə verib.
Tofiq Əsgərov
Digər Xəbərlər
2024-11-23 01:06:45
2024-11-23 00:40:00
2024-11-23 00:30:15
2024-11-23 00:27:51
2024-11-23 00:15:32
2024-11-22 23:59:38
2024-11-22 23:45:14
2024-11-22 23:30:24
2024-11-22 23:00:35
2024-11-22 22:42:45
2024-11-22 22:32:33
2024-11-22 22:15:55
2024-11-22 21:43:22
2024-11-22 20:56:07
2024-11-22 20:26:34
2024-11-22 20:06:36
2024-11-22 19:59:51
2024-11-22 19:50:41
2024-11-22 19:29:32
2024-11-22 18:59:58