Avtomobil oğruları ələ keçdi
Elvin Həmidov əvvəlcə maşını 1200 manata satmaq istəyib
Bakı polisi avtomobil qaçıraraq hissələrə ayırıb satmaqda təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il yanvarın 17-də vətəndaş Fəzail Abuşovun “VAZ-2107” markalı avtomobilinin oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsi əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb və avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 23 yaşlı Elvin Həmidov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, axşam saatlarında avtomobilə yaxınlaşaraq qapısının açıq olduğunu görüb. Bu zaman maşını işə salaraq qaçırıb. Elvin Həmidov avtomobili 1 gün sürdükdən sonra satmaq üçün müştəri axtarıb. O, Zaqatala və Balakən rayonlarında yaşayan tanışları ilə əlaqə yaradaraq, maşın üçün müştəri tapıb. Elə həmin gün avtomobili Zaqatalaya - tanışı Vüqar Cavadzadənin yanına aparan Elvin Həmidov 500 manata sataraq Bakıya qayıdıb.
Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları avtomobilin satılmasında iştirak edən digər şəxsləri - Balakən rayon sakinləri, 32 yaşlı Maqsud Dibirov, 19 yaşlı Rəsul Mahamaxanov və Zaqatala rayon sakini Vüqar Cavadzadəni də yaxalayıb. Vüqar Cavadzadə ifadəsində bildirib ki, Elvin Həmidov əvvəlcə maşını 1200 manata satmaq istəyib. O da bu barədə tanışı Maqsud Dibirova məlumat verib. Maqsud avtomobili yoxladıqdan sonra 500 manata almağa razılaşıb. Maqsud Dibirov maşını bir neçə gün sürdükdən sonra izi itirmək qərarına gəlib. O, maşını tanışı Rəsul Mahamaxanova verərək hissələrə ayırıb satmağı tapşırıb. Beləliklə, Rəsul Mahamaxanov avtomobili 4 gün ərzində hissələrə ayıraraq satmağa hazırlaşıb. Maşının mühərrik və sürət qutusu, eləcə də sökülmüş digər hissələri saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb. İstintaq araşdırmaları ilə daha sonra müəyyən olub ki, bu, saxlanılan şəxslərin ilk belə cinayəti deyil. Onlar son bir neçə ayda Bakı şəhərinin müxtəlif ərazilərindən eyni üsulla oğurladıqları avtomobilləri hissələrə ayıraraq satıblar. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin törətdikləri digər cinayətlər araşdırılır.
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
