Azərbaycan bu il dəmir yollarında bütün sərnişin vaqonlarını yeniləyəcək
09:32 08-02-2014
DÜNYA
Azərbaycan bu il dəmir yollarında bütün sərnişin vaqonlarını yeniləyəcək
Bu ildən etibarən İsveçin "Bombardier" şirkəti Azərbaycan dəmir yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi prosesinə başlayacaq. Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.
Onun sözlərinə görə, cəmiyyətin məqsədi 2015-ci ilin sonuna qədər bu dəmir yolu hissəsinin hər iki istiqamətində işləri yekunlaşdırmaqdır.
Q.Nəzirov deyib ki, Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirilir: "Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunub. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunub və artıq istismara verilib. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara verilib. Əlavə olaraq, Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görülüb. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilib. Bununla bərabər, ötən il Şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilib, onlar yeni vaqonlarla əvəz edilib".
İdarənin rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilib: "2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsinə nail olacağıq".
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04