Türkiyədə şok qətl
12:29 15-02-2014
DÜNYA
Türkiyədə şok qətl
AKP-nin binası qarşısında əsrarəngiz atışma: Fərman Dəmirqolun qardaşı öldürüldü
Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda dövlət çevrilişi planının təşkilatçısı olaraq tanınan keçmiş TİKA və MİT mənsubu, professor Fərman Dəmirqolun qardaşı AKP qərargahı qarşısında baş verən atışmada öldürülüb.
Türkiyə qaynaqlarında gedən xəbərlərə görə, hadisə fevralın 14-nə keçən gecə İstanbulda AKP-nin mərkəzi seçki qərargahının qarşısında baş verib. Fərman Dəmirqolun qardaşı Coşkun Dəmirqol AKP binasından çıxarkən naməlum şəxs onunla mübahisə etməyə başlayıb və silahını çəkərək atəş açıb. Ağır yaralanan Dəmirqol xəstəxanada keçinib. Coşkun Dəmirqolun AKP məclis üzvlüyünə namizəd olduğu bildirilir. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hadisənin siyasi motivi yoxdur və iki tərəf arasında "özəl məsələdən" qaynaqlanıb. Cinayətkar hadisə yerindən qaçsa da polislər tərəfindən tezliklə yaxalanıb. Lakin onun kimliyi hələ açıqlanmır.
Fərman Dəmirqol hadisə ilə bağlı açıqlamasında deyib ki, ona verilən məlumata görə qardaşı AKP binası qarşısında iki şəxs arasında davanı ayırmaq istəyib, Coşkun Dəmirqol tanımadığı şəxsin vurmaq istədiyi qadını qorumaq istəyəndə atılan güllə ona dəyib. Onun sözlərinə görə, həmin iki şəxs arasında mübahisə siyasi məsələ üstündə baş veribmiş. Dəmirqol öldürülən qardaşının 59 yaşında olduğunu və üç uşağı qaldığını deyib. O, bu gün dəfn edilib.
Qeyd edək ki, Fərman Dəmirqol 1995-cı il OMON hadisələrinə adı qarışdığı üçün Azərbaycandan deportasiya edilib.
Ərdoğanın oğlu:
"Bunlar böhtan və şərdir"
Bu arada məlum olub ki, 2013-cü il dekabrın 17-də İstanbuldakı rüşvət əməliyyatında adı hallanan baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbul prokurorluğuna qarşı iddia qaldırıb.
Bilal Ərdoğan iddiasında bildirir ki, rüşvət qalmaqalında onun haqqında deyilənlər böhtandır və ona şər atılıb.
Xatırladaq ki, ötən ay Bilal Ərdoğanın vəkili rüşvət olayları ilə bağlı müvəkkilinin ifadə verməyə hazır olduğunu, bəzi media orqanlarında müvvəkili barədə yayımlanan məlumatların hüquqi deyil, siyasi məqsəd daşıdığını bildirmişdi.
Rza Zərrab azadlığa buraxılmadı
Türkiyədə 2013-cü il dekabrın 17-də keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatında saxlanılan şəxslərdən 9 nəfəri azad edilib. Türkiyə mətbuatı xəbər verir ki, aralarında "Halkbank"ın keçmiş müdiri Süleyman Aslan da olmaqla 9 şübhəli azad edilib.
İş adamı Rza Zərrab, keçmiş nazir Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və Müəmmar Gülərin oğlu Barış Gülərin həbs müddəti isə davam edir.
Vəkil Ərsan Şən deyib ki, Süleyman Aslan ədliyyə nəzarəti şərti ilə azad edilib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15