Şahzadə Mustafanın məktubu hamını ağladacaq
11:11 18-02-2014
ŞOU
Şahzadə Mustafanın məktubu hamını ağladacaq
"İqbal və iqtidar yolunda atasını öldürən zalım kimi yaşamaq əvəzinə bir məzlum kimi ölməyi seçirəm"
Türkiyənin özəl telekanalarından birində yayımlanan və qalmaqallara səbəb olan "Muhteşem Yüzyıl" (Möhtəşəm Əsr) serialının 123-cü seriyasının finalında Osmanlı sultanı Qanuni Süleymanın oğlu şahzadə Mustafanın qətli üçün verdiyi fərman icra olunur.
Mustafanın faciəli ölümü tamaşaçı üzərində pis təsirə səbəb olmuş, cəmiyyət bu hadisəyə fərqli şəkildə öz etirazını bildirmişdi.
Növbəti seriyanın anonsunda isə sultan Süleymanın Mustafanın paltarının yaxasından yazdığı məktubu tapdığı və oxuduğu bildirilir. "Ey canım atam" deyə başlayan məktubda Mustafa iqtidar uğrunda atasını öldürən zalım olmaqdansa, məzlum kimi ölməyi seçdiyini vurğulayır. "Hünkarım, ey canım atam, bu sətrləri oxuduğunuza görə siz öz ürəyinizi çıxarıb atdınız, mən isə bu yalan dünyadan köçüb getdim... Sizə bir atanın oğluna qıydığı bu zalım dünyanı qoyub gedirəm. Çünki iqbal və iqtidar yolunda atasını öldürən zalım kimi yaşamaq əvəzinə bir məzlum kimi ölməyi seçirəm".
Məktubun davamını və sultan Süleymanın reaksiyasını öyrənmək üçün tamaşaçılar bir neçə gün gözləməli olacaqlar.
İki gün əvvəl Bursa şəhəri sakini Osmanlı padşahı Qanuni Sultan Süleymanı məhkəməyə verib. Şahzadə Mustafa üçün məhkəmədən bəraət tələb edən şəxs, Sultan Süleymanın padşalıqdan məhrum olunmasını istəyib.
123-cü seriyanın nümayişindən sonra isə Osmanoğulları sülaləsindən bəzi şəxslər Mustafanın öldürülməsi səhnəsindən sonra təhdid və təhqirlərə məruz qaldıqlarını bildiriblər.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38