Rusiya Ermənistana "işsizlik bombası" atır
11:15 21-02-2014
DÜNYA
Rusiya Ermənistana "işsizlik bombası" atır
Sarkisyan hökuməti isə bütün bunlara göz yumaraq susur
Rusiyada miqrasiya haqqında qanunların sərtləşdirilməsi Ermənistanda onsuz da mövcud olan işsizliyin və yoxsulluğun səviyyəsini daha da artıracaq.
Rusiya qanunvericiliyində dəyişiklik, miqrasiya qaydalarının sərtləşdirilməsi Ermənistandakı vəziyyətə mənfi təsir edəcək. Ermənistanın məşğulluq idarəsinin rəhbəri Qaqik Makaryan belə deyib. Onun sözlərinə görə hazırki ərəfədə Rusiya Ermənistan vətəndaşlarına güzəşt etmək fikrində deyil.
Söhbət öz vətənlərində iş tapa bilmədiklərindən Rusiyaya qaçan 10 minlərə ermənidən gedir. Rəsmi məlumatlarda Rusiyaya işləmək üçün gedənlərin sayı 170 min göstərilsə də, əslində daha çoxdur. Əgər Rusiyadakı 100- 200 min erməni geri qayıdarsa, Ermənistanda `işsizlik partlayışı` baş verəcək, transfertlərin həcmi azı 10% azalacaq, bu isə öz növbəsində əhalinin bəlli bir hissəsinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Bunun ardınca isə ermənilərin alıcılıq qabiliyyəti, satışların həcmi aşağı düşəcək. Başqa sözlə desək kasıbların sayı artacaq. Yaşayış səviyyəsinin daha da aşağı düşməsi əhalinin kəskin narazılığına səbəb olacaq.
Sarkisyan hökuməti isə bütün bunlara göz yumaraq susur. Lakin maraqlıdır görəsən, bu sakitlik nə ilə bağlıdır?! Ona görə sakitdirlər ki, sakitdirlər? -Əsla! Onlar hələ də rus qardaşları onları istisna edəcək deyə ümidlərini kəsmirlər və vəziyyəti nəzarət altında saxladıqlarını düşünürlər.
O ki, qaldı qara camaata, onsuz da ArmQazpromun(Ermənistanın qaz şirkəti bütün səhmlərini Rusiyaya satıb) ruslara satılması onları bərk qəzəbləndirib. Bir də işsizlik, aclıq başlasa vay Sarkisyanın halına. Qərb qonşumuzun "Maydanı" daha betər olacaq.
Qeyd edim ki, Rusiya Dövlət Dumasının təqdim etdiyi qanun layihəsinə əsasən Rusiyaya səfərlərinin məqsədinin yalnız əmək fəaliyyəti ilə bağlı olduğunu sübut edə bilməyən miqrantlara işləməyə icazə verilməyəcək. Bununla yanaşı Rusiyada işləmək istəyən miqrant, gəlişinin məqsədinin "iş" deyə qeyd olunduğu xüsusi miqrasiya kartını təqdim etməli olacaq.
Rusiyada qanunsuz qalma həddini aşma ilə bağlı da qanun layihəsi irəli sürülüb. Həmin qanuna əsasən "Miqrant Rusiya Federasiyası ərazisində qalma müddətini nə qədər pozarsa, ona qoyulan qadağa da bir o qədər davamlı olacaq. Ermənilərin Rusiya axınını nəzərə alsaq demək olar ki, bu qanunun həyata keçirilməsi ən çox onların ziyanına olacaq.
Bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan, rusiyalı həmkarı Nikolay Patruşevə məktubla müraciət edərək Rusiyanın Ermənistanla münasibətdə viza rejimini bir daha nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib. Yəni ermənilər hələ də ümidlərini üzmürlər.
Ermənistanın Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2013-cü ilin birinci yarısında Rusiyadakı Ermənistan vətəndaşlarının sayı 275 169 -dur.
Səbinə Həsənova
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04