Nazir Sumqayıtda yeni rektoru kollektivə təqdim etdi
Martın 7-də prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Təhsil naziri Mikayıl Cabbarov Elxan Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir qeyd edib ki, ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar, ali təhsil müəssisələrində şəffaf, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunması işinin müasir tələblər səviyyəsində qurulması məqsədlərinə xidmət edir.
SDU-nun rektoru Elxan Hüseynov ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Ali təhsilin xalqın intellektual potensialının və ölkənin hərtərəfli inkişafı baxımından müstəsna rolundan bəhs edən rektor SDU-da yüksək səviyyəli təhsil mühitinin yaradılmasına nail olmaq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.
Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor-tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən təhsil nazirinin müşaviri vəzifəsində işləyib. 2013-cü ilin dekabrın 18-dən SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və müvəqqəti olaraq bu ali məktəbin rektoru vəzifəsini icra edib.
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
