Fətullah Gülənin 25 milyardlıq kostyumu
12:09 19-03-2014
DÜNYA
Fətullah Gülənin 25 milyardlıq kostyumu
Onun dedikləri doğrudurmu?
Uzun zaman susduqdan sonra "Zaman" qəzetinə danışan Fətullah Gülən "17 dekabr" əməliyyatı, "Ərgenokon" əməliyyatında həbs olunanların azadlığıa çıxmasını şərh edib. Ardınca onun haqqında deyilən "milyardlarla dollarlıq sərvət" iddialarını cavablandıran Gülənin kostyum söhbəti Türkiyə gündəmini zəbt etdi.
Foto çəkdirmək üçün gətirilən kostyuma diqqət çəkən Gülən bildirib ki, bu onun kostyumu deyil. "Mənim tək bir kostyumum var. Türkiyədən Pensilvaniyaya gələndən bəri onu geyinirəm" - deyə F. Gülən bildirdi.
Türk mediası bununla bağlı araşdırma apararaq iddia edib ki, F. Gülən rəsmi olaraq bilinən 25 milyard dollarlıq sərvətə malikdir:
- Türkiyədə yüzlərlə hazırlıq kursu tələbə yataqxanası, özəl məktəb, İşıq Evi.
- 110 universitet
- bir bank
- bir sığorta şirkəti
- Dünyanın 160 ölkəsində özəl məktəblər
- Türkiyədə 3 yayım qrupu
- 17 iş adamı dərnəyi
- 200 vəqf.
Bunlar F.Gülənin məlum olan sərvətidir. Belə olan halda onun tək bir kostyuma sahib olduğunu iddia etməsi nə dərəcədə doğrudur? Bu sualla çıxış edən türk mediası Türkiyənin məşhur moda mütəxəssislərinə Gülənin geydiyi kostyumun markası haqqında sual verilib. Lakin Dilek Hanif, Ferruh Karakaslı, Cengiz Abazoğlu və Atıl Kutoğlu Türkiyə gündəminə damğasını vuran F. Gülənin kostyumunu şərh etmək istəməyib. Onlar "bu məsələni şərh etməyimiz doğru olmaz. Başımıza kim bilir nələr gələr, ən yaxşısı bu sualı verməmiş olun" deyə bildiriblər.
Türkiyədə ortalığı qarışdıran "paralel dövlət" quruluşu Almaniyada da peyda olub. Almaniyanın "Stuttgarter Zeitung" qəzeti yazır ki, Baden Vürttemberq əyaləti yaza qədər gizli xidmətin "paralel dövlət"in fəaliyyətini yenidən dəyərləndirmək qərarını verib. Gülən camaatı ilə bağlı məsələnin bundan əvvəl də Almaniya parlamentində müzakirə edildiyi deyilir.
Türkiyədə dinləmə
skandalı ilə
əlaqədər yeni xəbər
Türkiyədə 17-25 dekabr hadisələrindən sonra ortaya çıxan dinləmə qalmaqalı haqqında yeni xəbər var. Türkiyə baş nazirinin müavini Bəşir Atalay məsələ ilə əlaqədər KİV-ə məlumat verib.
Bəşir Atalay deyib ki, dinləməni təşkil edən 19 nəfər yüksək rütbəli polis əməkdaşının adları artıq məlumdur və yaxın günlərdə onlara qarşı qeyri-qanuni dinləmə və dövlət əleyhinə qeyri-qanuni təşkilat qurmaq suçu ilə bağlı cinayət işi açılacaq.
Rza Rərrabın ticarət
işlərində heç bir
çinayət izi yoxdur?
17 dekabr hadisələri zamanı həbs olunan və əmlakı müsadirə edilən Rza Zərrabın biznes fəaliyyətlərinin 2009-cu ildən etibarən Türkiyə Maliyyə Nazirliyinin MASAK (Maliyyə Cinayətləri Araşdırma İdarəsi) tərəfindən ciddi şəkildə təftiş edildiyi ortaya çıxıb.
Araşdırma nəticəsində hər hansı bir maliyyə fırıldağı və qeyri-qanuni fəaliyyət müəyyən edilməyib. MASAK-dan gələn sənədə əsaslanan İstanbul Baş Prokuroru Hadı Salihoğlu istintaqı aparan Prokurorlardan açıqlama tələb edib. Ancaq prokurorluqdan bir tutarlı əsas və dəlil göstərilməyib.
Buna əsasən 29 yanvarda məhkəmə Rza Zərrabın əmlakının geri qaytarılması haqqında qərar çıxarılıb. 28 fevralda da Rza Zərrab həbsdən azad edilib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 21:53:15
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20