Pakistanın sabiq prezidentinə ölüm cəzası verilə bilər
10:48 01-04-2014
DÜNYA
Pakistanın sabiq prezidentinə ölüm cəzası verilə bilər
İslamabad Xüsusi Məhkəməsi martın 31-də Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə rəsmi şəkildə dövlətə xəyanət ittihamı irəli sürüb. Məhkəmə iclasında danışan 70 yaşlı general ittihamın əsassız olduğunu və özünü günahkar hesab etmədiyini bildirib.
Pakistan qanunlarına görə, dövlətə xəyanətdə günahlandırılan şəxsi ya ölüm hökmü, ya da ömürlük həbs gözləyir.
1943-cü ildə doğulmuş Müşərrəf hakimiyyətə 1999-cu ildə qansız dövlət çevrilişində gəlib, 2001-2008-ci illərdə prezident olub.
Müşərrəf 2013-cü aprelin 19-da tutulub. O, 2007-ci ildə məscidə hücum zamanı adamların ölümündə günahlandırılıb. Ona daha əvvəl keçmiş baş nazir Benəzir Bhuttonun, Bəlucistan əyaləti millətçilərinin lideri Əkbər Buktinin qətli və Ali Məhkəmənin hakimlərinin həbsi ittihamları verilib.
2013-cü noyabrın 4-də məhkəmə sabiq prezidenti girov müqabilində azadlığa buraxıb. Müşərrəf bu ilin yanvarında ürəyində ağrı hiss etdiyi üçün hospitala yerləşdirilib.
Digər Xəbərlər
2024-12-25 15:03:03
2024-12-25 14:07:02
2024-12-25 14:03:00
2024-12-25 13:47:43
2024-12-25 13:36:11
2024-12-25 13:32:10
2024-12-25 13:12:02
2024-12-25 13:01:01
2024-12-25 12:53:00
2024-12-25 12:33:31
2024-12-25 12:26:06
2024-12-25 12:18:29
2024-12-25 10:51:11
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00