Ukraynada prezidentliyə namizədlər bəlli oldu
01:32 06-04-2014
DÜNYA
Ukraynada prezidentliyə namizədlər bəlli oldu
Prezidentlik uğrunda 23 namizəd mübarizə aparacaq
Ukrayna Mərkəzi Seçki Komissiyası aprelin 3-də axşam prezidentliyə iddialıların yekun siyahısını açıqlayıb. Artıq 23 nəfərin bu seçkidə yarışacağı təsdiqlənib. Ən yüksək post uğrunda yarışda 20 kişi və 3 qadın mübarizə aparacaq.
1. Olqa Boqomolets, 1966-cı ildə anadan olub, ali təhsillidir, Kiyev şəhərində yaşayır, baş həkimdir, partiya mənsubiyyəti yoxdur, Maydan hərəkatının fəalıdır, namizədliyini özü irəli sürüb.
2. Yuri Boyko, 1958-ci ildə anadan olub, ali təhsillidir, Luqansk vilayətinin Rubejnoe şəhərində yaşayır, müvəqqəti işsizdir, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.
3. Andrey Qrinenko, 1970-ci ildə doğulub, ali təhsillidir, Xarkov şəhərində yaşayır, fiziki şəxs-iş adamıdır, bitərəfdir, namizədliyini özü irəli sürüb.
4. Anatoli Qritsenko, 1957-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, "Vətəndaş mövqeyi" Partiyasının üzvüdür, namizədliyini partiya irəli sürüb.
5. Mixail Dobkin, 1970-ci ildə anadan olub, ali təhsillidir, Xarkov şəhərində yaşayır, müvəqqəti işləmir, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.
6. Aleksandr Klimenko, 1965-ci ildə doğulub, ali təhsillidir, Donetsk şəhərində yaşayır, Ukrayna Xalq Partiyasının sədridir, namizədliyini partiya irəli sürüb.
7. Valeriy Konobalyuk, 1966-cı ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, "Böhran əleyhinə proqramlar mərkəzi"nin baş direktorudur, bitərəfdir, namizədliyini özü irəli sürüb.
8. Natalya Korolyovskaya, 1967-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, vəkildir, keçmiş baş prokuror Viktor Pşonkanın birinci müavini işləyib və Yanukoviçin prezidentliyi zamanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olub, bitərəfdir, namizədliyini özü irəli sürüb.
9. Renat Kuzmin, 1967-ci ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, vəkildir, bitərəfdir, namizədliyini özü irəli sürüb.
10. Vasili Kuybida, 1958-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukrayna Xalq Rux Partiyasının üzvüdür, partiya namizədliyini irəli sürüb.
11. Oleq Lyaşko, 1972-ci ildə anadan olub, ali təhsilidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Radikal Partiyasının üzvüdür, namizədlyini partiya irəli sürüb.
12. Nikolay Malomuj, 1955-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukrayna xarixi kəşfiyyat xidməti rəhbərimin müşaviridir, bitərəfdir, namizədliyini özü irəli sürüb.
13. Pyotr Poroşenko, 1965-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, bitərəfdir, namizədliyini özü irəli sürüb.
14. Vadim Rabinoviç, 1953-cü ildə doğulub, ümumi orta təhsillidir, Kiyevdə yaşayır, "Nyus Netvork"un müşahidə şurasının sədridir, bitərəfdir, namizədliyini özü irəli sürüb.
15. Vladimir Saranov, 1965-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, "İnteraqroeksport"un baş direktorudur, bitərəfdir, namizədliyini özü irəli sürüb.
16. Pyotr Simenenko, 1952-ci ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Ukrayna Kommunist Partiyasının üzvüdür, namizədliyini də u partiya irəli sürüb.
17. Yuliya Timoşenko, 1960-cı ildə anadan olub, Dnepropetrovsk şəhərində yaşayır, "Batkivşina" Ümumukrayna Birliyi" Partiyasının sədridir, namizaədliyini partiya irəli sürüb.
18. Sergey Tiqipko, 1960-cı ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.
19. Oleq Tyaqnibok, 1968-cı ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, "Azadlıq" Ümumukrayna Birliyi Partiyasının sədridir, namizədliyini partiya irəli sürüb.
20. Oleq Tsarev, 1970-ci ildə anadan olub, ali təhsillidir, Dnepropetrovsk yaxınlığındakı Köhnə Kodaki kəndində yaşayır, Ukraynanın xalq deputatıdır, Regionlar Partiyasının üzvüdür, müstəqil namizəddir.
21. Vasili Tsuşko, 1963-cü ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, müvəqqəti işsizdir, Yanukoviçin vaxtında Antiinhisar Komitəsinə rəhbərlik edib, Sosialist Partiyasının keçmiş üzvüdür, namizədliyini özü irəli sürüb.
22. Şkiryak Zoryan, 1970-ci il təvəllüdlüdür, ali təhsillidir, Kiyevdə yaşayır, müvəqqəti iszisdir, Maydan hərəkatının fəalıdır, bitərəfdir, namizədliyini özü irəli sürüb.
23. Dmitri Yaroş, 1971-ci ildə doğulub, ali təhsillidir, Dneprodjerzinsk şəhərində yaşayır, işsizdir, "Sağ sektor" Partiyasının üzvüdür, müstəqil namizəddir.
Xatırladaq ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.
Digər Xəbərlər
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17