Fətullah Gülənlə bağlı sensasion sənəd!
13:54 11-04-2014
DÜNYA
Fətullah Gülənlə bağlı sensasion sənəd!
Ərdoğan Türkiyə prezident iola biləcəkmi?
Nurçu camaatının dini lideri Fətullah Gülənin gizli məktubu ortaya çıxıb. Gülənin fəxri sədri olduğu Sülh Adaları İnstitutu adından xarici ölkələrin nümayəndəliklərinə Türkiyə ilə bağlı ifşaedici məktub göndərilib.
Məktubda Gülənin Türkiyə əleyhinə sərt ifadələr səsləndirdiyi bildirilir. Sözügedən məktubda Türkiyədə demokratiyanın ciddi təhlükədə olduğu, bu ölkədə insan hüquq və azadlıqlarının tapdalandığı, hakimiyyətin diktatura rejimində çalışdığı qeyd edilib.
Türk mətbuatının yazdığına görə, məktubun əsas məqsədi Türkiyə hökumətini beynəlxalq güclər qarşısında aşağılamaq, Ərdoğan iqtidarını qaralamaqdan ibarətdir.
Belə ki, məktubda Fətullah Gülən Türkiyədəki vəziyyəti "90 illik demokratiya böhran içindədir" sözləri ilə ifadə edir. Adı çəkilən məktub ABŞ-da dinlərarası dialoq fəaliyyəti aparan Sülh Adaları İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktoru Mehmet Kllıçın imzasını daşıyır.
Məktubda Fətullah Gülən haqqında "hörmətli sədrimiz" sözləri qeyd olunur. Dörd səhifəlik məktubda Türkiyədə 2013-cü il dekabrın 17-də baş tutan rüşvət və qaçaqmalçılıq əməliyyatları ilə bağlı da fikirlər yer alıb: "Bildiyiniz kimi, Türkiyədə geniş miqyaslı rüşvət və qaçaqmalıçılıq əməliyyatı barədə "New York Times", "Wall Street", "Washington Post" qəzetləri ilə yanaşı ABŞ-ın da bir çox mətbuat orqanlarında məlumatlar dərc edilib. Bu günə qədər qalmaqallar 3 nazirin və Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin partiyadan istefası ilə nəticələnib. Əməliyyatlar iqtidarın istintaqa müdaxiləsi və hakimi, prokuroru, polisi və mətbuatı susdurmağı ilə başa çatıb.
Bu arada Türkiyənin Adana şəhərində dövlət məmurlarının telefon danışıqlarını qanunsuz olaraq dinləməkdə şübhəli bilinən altı polis əməhdaşı həbs edilib. Telefon danışıqlarını qanunsuz olaraq dinlənməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəməyə cəlb edilənlər arasında iki polis müdirinin də olduğu bildirilir.
İstintaqı icra edən Adana Baş prokuroru Əli Doğan tərəfindən dindirildikdən sonra Növbətçi Məhkəməyə sövq edilən şübhəli qismindəki 6 polis həbs olunub.
Polis əməkdaşları qanunsuz dinləmə, şəxsi həyatın gizliliyini pozmaq və rəsmi sənəddə saxtakarlıq əməllərində təqsirli biliniblər.
Qeyd edək ki, srağagün saxlanılan daha iki polis əməkdaşı isə dindirildikdən sonra sərbəst buraxılıb.
Bu arada Türkiyənin gündəmində bir neçə ay sonra keçiriləcək prezident seçkisi mövzusu əsas yeri tutmaqdadır. Qardaş ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə baş naziri Ərdoğanın prezidentlik postuna namizəd olub-olmayacağı məsələsinə münasibət bildirib.
Ölkədə yayımlanan bir televizya proqramına qonaq gələn Əhməd Davudoğlu Ərdoğanın prezidentliyə namizəd olacağı ilə bağlı sualları cavablandırıb. O, bildirib ki, Ərdoğanın prezident olmaq istəməsi onun həm hüququdur, həm də ki buna kifayət qədər gücü yetər: "Ərdoğanın prezidentliyə namizədliyini verib-verməməsi məsələsi ilə bağlı mübahisə yaratmaq lazım deyil. Hər kəs hörmətli baş nazirimizin belə bir qərar verməsini gözləməlidir".
"Abdullah Gül AKP-yə (Türkiyənin hakim partiyası - Ədalət və İnkişaf Partiyası nəzərdə tutulur - red.) qayıtsa, buna heç kim etiraz etməz, etsə də bunun heç bir mənası olmaz. Amma onun partiyaya qayıtmasını doğru hesab etmirəm". Bunu AKP-nin Qaziantepdən olan millət vəkili Şamil Təyyar deyib.
Telekanallardan birində qonaq olan Təyyar aparıcının bir çox sualına cavab verib. Millət vəkili prezident Gülün partiyaya qayıtmasının siyasətə zərər verəcəyini deyib: "Abdullah Gül qayıtmaq istəsə heç kim buna etiraz etməz. Gəlsə heç bir problem də olmaz. Amma cənab Gülün prezident vəzifəsindən sonra siyasətə qayıtmasını doğru hesab etmirəm. Mənə görə cənab Gül qayıtmamalıdır. Bu o demək deyil ki, qayıtsa partimayıza ziyanı olar. Əksinə çox xeyri olar. Amma siyasət kursumuza ziyanı dəyər".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55