PKK sıralarına azyaşlıları cəlb edir
11:53 22-04-2014
DÜNYA
PKK sıralarına azyaşlıları cəlb edir
Türkiyənin Şırnak-Cizrə bölgəsində apreldə itən 10-15??? ?uşaq hardadır?
PKK döyüşçü yığmaq işində xüsusiylə azyaşlılara üstünlük verir. avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ailələr uşaqlarını geri almaq üçün təhlükəsizlik xidmətlərinə müraciət edib.
Türkiyə ilə PKK arasındakı problemlərin həll müddəti davam edir. Lakin PKK dağ sıralarına yeni üzvlər qoşmağa davam edir. Və yeni üzvlərin azyaşlı olmasına xüsusi diqqət yetirir.
Valideyinlər əvvəllər də uşaqlarının təşkilatlara qoşulmağına sərt reaksiya vermişdi. Bəziləri isə bu işdə BDP-ni günahlandırmışdı. Gərginlik Mardinin Qızıltəpə bələdiyyə başçısını güllələməyə qədər uzanmışdı.
İndi isə ailələrin polisə şikayət etməkdən qorxduqları məlum olub. Onlar öz üsulları ilə uşaqlarını tapmağa çalışırlar.
Son dövrdə isə valideyinlərin sərt reaksiyası daha qabarıq özünü göstərib. Onlar uşaqlarının izini tapmaq üçün getmədikləri yer qalmayıb. Son çarə isə təhlükəsizlik xidmətlərinə xəbər vermək olub.
Şırnak-Cizrədə aprel ayında 10-15??? ?uşaq itib. Araşdırmalar nəticəsində məlum olub ki, ailələr qorxduqları üçün polisə xəbər verməyib. Öz imkanları çərçivəsində övladlarını tapmağa çalışıblar.
Bingöldə yaşayan Gülbahar B. PKK-nın gənclik qolu ilə bir müddət münasibət yaradıb. Daha sonra təşkilatın dağ heyətinə qatılıb. Vəziyyəti öyrənən ailə BDP Bingöl binasına gələrək qızlarını axtardıqlarını deyiblər. lakin bir nəticə hasil olmayıb. O son çarəni polisə xəbər verməkdə görüb.
İstanbulda təşkil olunmuş bir tədbirdə iştirak etmək üçün gedən 16 yaşlı Dilanın geri qayıtmadığını görən ailə BDP binasına gəlib. Valideyinlər qızının harada olduğunu soruşub. BDP-də ona cavab veriblər ki, qızlarından xəbərləri yoxdur. Elə bu an qızlarını BDP binasında görən ailə sərt reaksiya verib.
Şırnakda Beytüşşebat qəsəbəsinin məmuru Mehmet Fevzi son 15 gündə dağa çıxıb PKK- ya qoşulan 3 uşağın ailəsinə baş çəkib. Fevzi "Ailələr uşaqlarının dağa çıxmasından məmnun deyillər. Biz də onların yanında olduğumuzu gösdərmək üçün ailələrə baş çəkdik" - deyib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17