Maştağadakı "Daş karxanası" sakinləri problemlərin
çoxluğundan şikayətcidirlər
Təcili yardımın əraziyə gələ bilməməsinin səbəbi isə burda ünvanın olmamasıdır
Maştağa qəsəbəsi, "Daş karxanası" adlanan ərazidə yaşayan sakinlərin sosial problemləri saymaqla bitməz. Ərazidə kanalizasiya sistemi yoxdur. Sakinlər həyətlərindəki şambolardan istifadə edirlər ki, bu da ətrafa üfunət qoxusu yayır. Həmçinin həmin quyular dolduqda boşaltdırmaq sakinlərə ayda ən azı 20-30 AZN başa gəlir. Ərazidəki ən aktual problemlərdən biri də yolsuzluqdur ("ans-press").
Maştağa qəsəbə sakini Xubəli Məmmədovun sözlərinə görə, burada bu, karyerdə zavod yox, fabrik yox, gedib şəhərdə işləyirik. Qışda palçıqdan yarım saata çıxa bilmirik, gələn-gələn baxır ki, bu nədir, bunlar haradan gəlib.
Digər Maştağa qəsəbə sakini Müslüm Bağırov isə deyir ki, maşın xarab olur gedib-gələ bilmirik. Nəvələrimiz məktəbə gedə bilmir, o yola uşaqları dalımızda aparırıq, təcili yardım çağırırıq gələ bilmir.
Əslində təcili yardımın əraziyə gələ bilməməsinin başqa bir səbəbi də, ünvanın olmamasıdır. Bəli 2 minə qədər əhalinin yaşadığı bu ərazini, hərə bir adla-adlandırır.
Növbəti Maştağa qəsəbə sakini Murad Rzayev qeyd edir ki, buranı kimisi Zabrat -Maştağa yolunun sağ tərəfi, kimisi 4-cü məhəllə, kimisi "Daş karxanası" ərzisi, kimisi də Muşalan kimi tanıyır. Prezident sərəncam verib kupçaya görə, kupça ünvana əsasən verilir, ünvan da yoxdur.
Bütün suallarımızla üz tutduq Sabunçu rayonu Maştağa qəsəbə nümayəndəliyinə. Sabunçu rayon icra hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov bildirdi ki, əraziyə ünvanın verilməsilə bağlı icra hakimiyyətinə, oradan is Əmlak Komitəsinə müraciət edilib. Çox guman ki, bu il həmin ünvanlar yanaşı Maştağa qəsəbəsindəki digər adsız ərazilərə də ad veriləcək. Kanalizasiya sisteminin qurulması isə Bakı ətrafı qəsəbələrin 2013 - 2014 və 2016-cı illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Prqramına salınıb. Bu proqram çərçivəsində Maştağa qəsəbəsinə çəkiləcək. O ki, qaldı həmin yolun təmirinə, bax bu problem ilin sonuna qədər həllini tapa bilər.
Deməli, "Daş karxanası" ərazisindəki sakinlərin sosial problemlərinin ömrünə hələ iki il qalıb. Təki o vaxta qədər sakinləri səbri çatsın və sosial problemlər də öz həllini tapsın.
Aliyə
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
