Ermənistan Qərbi, yoxsa Rusiyanı üstün tutacaq?
09:27 01-05-2014
DÜNYA
Ermənistan Qərbi, yoxsa Rusiyanı üstün tutacaq?
İşğalçı ölkə Ermənistan Qərbin təzyiqləri qarşılığında daha bir müddət Gömrük Birliyinə daxil olmağı yubadacaq
Rusiya var gücü ilə özünün imperiya yaratmaq planlarını həyata keçirir. Belə ki, Rusiya, Belarus və Qazaxıstan arasında yaradılması planlaşdırılan Avrasiya İqtisadi Birliyi ilə əlaqədar texniki işlər davam edir. Avrasiya İqtisadi Yüksək Şurasının toplantısı üçün Kreml rəhbəri Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus dövlət başçısı Aleksandr Lukaşenko Minskdə bir araya gəlib.
Yığıncağa ev sahibliyi edən Lukaşenko Avrasiya İqtisadi Birliyinin qurulması ilə əlaqədar razılaşmanın imzalanmasının təxirə salınmasını təklif edib.
Avrasiya İqtisadi Birliyinin təsisi tarixinə çox az vaxt qaldığını xatırladan Lukaşenko, enerji qaynaqları daxil olmaqla malların dövriyyəsində üç ölkə arasında hər hansı bir məhdudlaşdırma olmamasının əhəmiyyətli olduğunu bildirib. Lukaşenko üç ölkənin meydana gətirdiyi Gömrük Birliyinə daxil olacaq yeni ölkələr üçün xüsusi status verilməsi təklifinə də qarşı çıxıb. Buna səbəb kimi bu birliyə daxil olması gözlənilən bəzi ölkələrin ehtiyatlı davranması göstərilib.
Belə ölkələrdən biri də Ermənistandır. Yerevandan gələn xəbərlərdə bildirilir ki, işğalçı ölkənin Rusiyanın layihəsi sayılan Gömrük Birliyinə daxil olması iyun ayının 1-nə qalıb. Erməni tərəfi bunu müvafiq hazırlıq işlərinin başa çatmaması ilə əlaqələndirib. Bununla da, Ermənistan Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyinə girmək üçün Minskdə təşkil edilən zirvə görüşündə razılaşmağa imza ata bilməyib.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın iqtisadiyyat nazir Vaqram Avanesyan əvvəlcədən bəyan etmişdi ki, Minskdə təşkil ediləcək dövlət başçıları zirvəsində Gömrük Birliyinə girmək üçün müqaviləni imzalayacaqlar. Avrasiya İqtisadi Komissiyası İcra heyətinin sədri Viktor Xristenko isə Ermənistanın Gömrük Birliyinə daxil olması ilə əlaqədar müraciətin 1 iyun tarixinə qədər dövlət başçılarına təqdim ediləcəyini söyləyib. Ermənistan prezidenti Serj Sarkisyana görə isə ölkəsinin Gömrük Birliyinə daxil olması ilə erməni məhsulları bütün bölgəyə rahat şəkildə daşınacaq və iqtisadi baxımdan Ermənistan inkişaf edəcək.
Qeyd edək ki, Rusiyanın neft şirkəti "Rosneft" Ermənistana 400 milyon dollar investisiya planlaşdırır. Ancaq erməni ekspertlər hesab edirlər ki, iyunun 1-də də Yerevanın Gömrük Birliyinə daxil olması reallaşmaya bilər.
Belə ki, Qərb Ermənistanın bu istəyini heç də isti qarşılamır. Hətta Praqa keçirilən Şərq Tərəfdaşlığı Platforması çərçivəsindəki ikitərəfli görüşlərdə bu iradın Sərkisyana çatdırıldığı bildirilir. Ona görə də, Ermənistan Qərbin təzyiqləri qarşılığında daha bir müddət Gömrük Birliyinə daxil olmağı yubadacaq. İndi Ermənistanda hər kəsi bir sual düşündürür. Ermənistan Qərbi, yoxsa Rusiyanı üstün tutacaq?
Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan arasında Gömrük Birliyi 19 dekabr 2009-cu ildə Qazaxıstanın Almatı şəhərində qurulub. Adiçəkilən qurum təsis ediləndən Qərb, eləcə də digər Avropa dövlətləri buna qarşı çıxaraq Avrasiya İttifaqı və Gömrük Birliyi ideyalarını Rusiyanın imperiyanı bərpa etmək istəyi kimi əlaqələndiriblər.
S. İsmayılbəyli
Digər Xəbərlər
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 10:12:02
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17