Somadakı mədən faciəsinə görə təzminat 350 milyon!
09:14 20-05-2014
DÜNYA
Somadakı mədən faciəsinə görə təzminat 350 milyon!
Müxalifətçi deputat baş verənlərə etiraz olaraq mandatdan imtina etdi
Türkiyənin Manisa vilayətindəki Soma rayonunda yerləşən daş kömür mədəninin sahibi "Soma Holding" 301 mədənçinin faciəli ölümündə səbəbkar bilinərsə, çox böyük miqdarda maddi təzminat ödəməlidir.
Somadakı faciə ilə bağlı araşdırmanın sonuclarına görə, "Soma Holding" günahkar bilinərsə, həlak olmuş mədənçilərin illik mükafatlarının 10535 misli qədər, yəni 350 milyon lirə məbləğində təxminat ödəməlidir.
Üstəlik, həlak olmuş mədənçilərin ailəlrinə digər maddi-mənəvi təzminatlar da verilməlidir.
Ümumdünya Əmək Təşkilatının (İLO) standartlarına görə, iş yerində baş vermiş olayda həlak olmuş şəxsin ailə üzvlərinə ödənəcək təzminatın məbləği mərhumun 7500 iş gününə görə maaşından az olmamalıdır.
İLO standartlarına görə, hər şəxsin orta statistik olaraq 25 il işləyəcəyi əsas götürülür və bir ildə 300 iş günü hesablanır.
Bu arada Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Səbahət Akkiraz ölkədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar etiraz əlaməti olaraq deputat mandatından imtina edib. Bu barədə qardaş ölkənin "Milliyyət" qəzeti məlumat verib.
Qeyd edək ki, Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 işçi xəsarət alıb.
Digər Xəbərlər
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01