Qlendeyldə ermənilər özlərini təhqir etdilər
15:38 23-05-2014
DÜNYA
Qlendeyldə ermənilər özlərini təhqir etdilər
Mübarizə başlayıb artıq, görək qalib kim olacaq
ABŞ-ın Los-Anceles şəhərində, Qlendeyl bölgəsində ermənilərin sıx məskunlaşdığını çoxları bilirlər. Onların Qlendeyl həyatı hamını razı salmır. Yerli sakinlər dəfələrlə oradakı erməni kobudluğu, özbaşınalığı, özlərini ata torpaqlarındakı kimi hiss etdiklərini bildiriblər.
Söhbət ondadır ki, Qlendeyl erməniləri yalnız yerliləri bezdirmirlər, onların öz aralarında da problemlər yaşanır. Bu yaxınlarda sosial şəbəkələrdə Qlendeyl ermənilərini elə ermənilərin özünə qarşı birləşməyə çağıran mesajlar yayımlandı. Çox qəribədir, elə deyilmi!? Erməni erməni ilə mübarizə aparmaq üçün tərəfdaş toplamağa çalışır.
Bəs məsələnin kökü nədir? ABŞ-da fəaliyyət göstərən ABŞ Erməni TV kanalı tezliklə "Qlendeyl Həyatı" adlı realiti-şounun yayımına başlayacağını elan edib. Realiti-şou Qlendeyldə yaşayan 4 erməni cütlüyünün gündəlik həyatından bəhs edəcək. Şounun anonsu ilə birgə Qlendeyl ermənilərinin ayağa qalxması bir olub. Şounun anons videoçarxında göstərilən kadrlar erməniləri hiddətləndirib. Onlar sözügedən şounu ermənilərə, əcdadlarına, mədəniyyətlətinə təhqir hesab ediblər. Şounu hazırlayan həmyerlilərini isə xəsis, eqomanyak və şöhrətpərəst axmaqlar adlandırıblar. Ermənilər bu şounu gələcək nəsillərin düşməni, cəmiyyətin xəstəliyi kimi qələmə veriblər. Onların fikrincə, təkcə Amerikada deyil, Ermənistanda da populyarlıq qazanacaq bu şou erməni ailələrində boşanmaları çoxaldacaq. Cahil əhali real həyatın orada göstərildiyi kimi olduğunu düşünəcək.
Bununla bağlı, portalların birində səsvermə başladan ermənilər şounun yayımlanmasının qarşısını almaq üçün çağırışlar ediblər. Onların hay-küyünə əhəmiyyət verməyən ABŞ Erməni TV kanalı şounu efirə verəcəyini bildirib.
Qlendeyl erməniləri ilk növbədə şouya sponsorluq edənləri boykot etməyə hazırlaşırlar. Onların fikrincə, şounu maliyyə dəstəyindən məhrum etməklə onu aradan qaldıra bilərlər. Sponsorların kim olduğu isə heç kəsə məlum deyil.
Bununla da ermənilərin ağızdolusu bəhs etdikləri Qlendeyl yeni bir daxili qarşıdurmaya səhnə olacaq - özlərini "vətənpərvər" ruhda tərbiyələndirən və şəxsi maraqları üçün hər şeyi və hamını satmağa hazır olan ermənilərin qoç döyüşü baş tutacaq. Erməni niyyəti hər yerdə eynidir, istər evdə, istərsə də evdən kənarda.
Bütün dünyaya özlərini həmrəy xalq kimi göstərən ermənilərin iç üzü bu tip hadisələrlə aşkara çıxır. Mübarizə başlayıb artıq, görək qalib kim olacaq...
Müşfiq Mehdiyev
Digər Xəbərlər
2024-12-23 11:59:09
2024-12-23 11:27:07
2024-12-23 11:13:10
2024-12-23 11:03:00
2024-12-23 10:55:05
2024-12-23 10:38:08
2024-12-23 10:36:05
2024-12-23 10:10:44
2024-12-23 09:41:00
2024-12-23 09:23:00
2024-12-23 09:12:00
2024-12-23 09:03:00
2024-12-23 01:02:15
2024-12-23 00:49:48
2024-12-23 00:05:51
2024-12-22 23:46:19
2024-12-22 23:16:06
2024-12-22 23:04:06
2024-12-22 22:38:27
2024-12-22 22:21:00