Jurnalisti döyən idmançı ölkədə yox, Tailanddadır
10:58 03-06-2014
DÜNYA
Jurnalisti döyən idmançı ölkədə yox, Tailanddadır
Aprelin 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun yaşadığı evin qarşısında döyülməsi olayı ətrafında yeniliklər var.
Mediaya jurnalisti döyən Feyruz Termişinin də həbs olunması barədə məlumat verilib. Sonradan yayılan xəbərlərdə bildirilirdi ki, jurnalistin döyülməsini sifariş edən "K-1" idmançısı Tural Bayramov da həbs edilib.
Publika.az saytı Tural Bayramovun həbsi ilə bağlı ilginc məlumat əldə edib. Belə ki, Tural Bayramov, deyildiyi kimi, heç də həbsdə deyil. "K-1"-çi Tailandda keçiriləcək "World Max Final" yarışına hazırlaşır. Döyüş iyul ayının 26-da Tailandın cənub-şərqindəki kurort şəhəri Pattayada keçiriləcək. Bu barədə idmançının qardaşı sosial şəbəkədə yazıb və şəkillər paylaşıb. Tural Bayramovun qardaşı dostlarına yarışın tarixi barədə də məlumat verib.
Bundan əlavə, o, qardaşının baş tutmuş döyüşlərindən birinin də videosunu paylaşıb. Ən əsası isə iki qardaşın məşq zamanı çəkilmiş şəkilləri də dünən sosial şəbəkədə paylaşılıb. Yarışla bağlı afişalar da artıq hazırdır. İdmançının qardaşı afişaların da fotosunu sosial şəbəkəyə yerləşdirib. Afişalardan aydın görünür ki, Tural Bayramov iyunun 26-da həqiqətən də döyüşə çıxacaq. Onun rəqibi 72 kq-da döyüşən ispan idmançı Maksimo Suaresdir.
Məsələ ilə bağlı idmançının qardaşının münasibətini öyrənmək istədik. Sosial şəbəkələrdə daim aktiv olan idmançı və onun qardaşına göndərdiyimiz suallar cavabsız qaldı. Baxmayaraq ki, onların yazılan mesajları oxuduqları görünürdü.
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40