Bakıda iki sərnişin avtobusu toqquşub
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb
Dünən səhər Bakıda baş verən iki sərnişin avtobusu toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova açıqlamasında deyib ki, hadisə ilə bağlı təcili yardıma bu gün səhər 10:17-də çağırış daxil olub. Onun sözlərinə görə, Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib.Ərazidə 1 və 36 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.
Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır.
Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Avtobusların toqquşması nəticəsində yaralananların adları məlum olub. Sabunçu rayon 3 saylı Klinik Xəstəxananın həkimi İlham Təmrazov yaralıların adlarını açıqlayıb. Onlar Əlizadə Əli -1957-ci il, Sultanova Gülər, Əliyev Elnur -1979-cu il, Həsənova Seyran -1964-cü il, Mahmudov Nail - 1984-cü il, Dəmirçiyev Qurban- 1979-cu il, Mehdiyev Tural -1981-ci il, Qəhrəmanov Rəşid - 1992-ci il.
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04