Almaniya ilə ABŞ "kəllələşir"
12:29 08-07-2014
DÜNYA
Almaniya ilə ABŞ "kəllələşir"
Almaniya kansleri Angela Merkel Pekin səfəri zamanı keçirdiyi mətbuat konfransında ABŞ və Almaniya arasındakı casus qalmaqalını yenidən gündəmə gətirib.
publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kansler məxfi sənədlərin alman kəşfiyyatının əməkdaşı tərəfindən ABŞ xüsusi xidmət orqanlarına verilməsi barədə deyilənləri "ciddi informasiya" adlandırıb.
O, bu hadisənin iki ölkənin əməkdaşlığının səviyyəsinə uyğun olmadığını bildirib.
Qeyd edək ki, Almaniya höküməti ötən həftə ABŞ kəşfiyyatına işlədiyini etiraf edən 31 yaşlı casusu həbs edib. O, ABŞ-a Almaniya Federal Kəşfiyyat Xidmətinin kompüterindən yüklədiyi ən az 300-dən çox gizli sənədlər satıb. Almaniya kəşfiyyatçısının özü də Amerika xüsusi xidmət orqanlarının fəaliyyətinin araşdırılması üzrə bundestaqın xüsusi komissiyasının işi barədə informasiyaları ABŞ-a ötürdüyünü etiraf edib.
Almaniya Xarici İşlər Nazirliyi ABŞ səfiri Con Emersonu Berlinə çağırıb və ondan məsələnin tez həlli üçün əməkdaşlıq istənilib. Amerika administrasiyasının yüksək çinli nümayəndəsi Almaniyanı ABŞ-a casusluqda şübhəli bilinən agentin həbsindən qəzəblənib və kəşfiyyat əməkdaşlığının dayandırılacağı barədə xəbərdarlıq edib.
Almaniya tərəfi öz növbəsində məsələnin araşdırılmasını istəyir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer hadisənin sürətli şəkildə araşdırılmasını tələb edib. Nazir qalmaqalın izlərini gizlətmək cəhdlərini yolverilməz adlandırıb.
ABŞ və Almaniya arasında gərginlik ötən il dinləmə qalmaqalı ilə başlamışdı. 23 oktyabr 2013-cü ildə məlum oldu ki, ABŞ xüsusi xidmət orqanları A.Merkelin mobil telefonunu dinləyib. Daha sonra ABŞ prezidenti Barak Obama Almaniyanın kanslerini inandırdı ki, Amerika xüsusi xidmət orqanları onun telefon söhbətlərini dinləməyib.
Almaniyanın 31 yaşlı kəşfiyyatçısı ilə bağlı daha bir qalmaqal yaradan məqam onun Rusiyaya işləmək istəməsidir. Agent həbsindən təxminən 3 həftə əvvəl Rusiyanın Almaniyadakı səfirliyinə məktub göndərib. O, məktubunda Kremlə öz xidmətlərini təklif edib. Sözügedən məktub alman əks-kəşfiyyatçılarının əlinə keçib.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40