Ukraynada ordusunda ağır itkilər
11:58 26-07-2014
DÜNYA
Ukraynada ordusunda ağır itkilər
Qərbdən Rusiyaya qarşı yeni sanksiya zərbəsi!
Ukraynanın şərqində keçirilən anti-terror əməliyyatlarında son 24 saat ərzində Ukrayna ordusunun 13 əsgəri həlak olub. Bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko bildirib.
"Son 24 saat ərzində Ukrayna şərqində əməliyyatlar nəticəsində 13 hərbçi həlak olub, daha 19 hərbçi isə yaralanıb" - deyə, Lısenko bildirib.
Arseniy Yatsenyuk
niyə istefa verib?
Ukrayna baş naziri Arseniy Yatsenyuk vəzifəsindən istefa verib.
Yatsenyuk rəsmi "facebook" səhifəsində istefa səbəblərini açıqlayıb.
Baş nazirin istefasına əsas səbəb koalisiyanın dağılması və hökumətin işləməməsidir: "Büdcə qanunun gəlir qismini təşkil edən qanunlar qəbul edilmədi. Həm seçkilərə gedib, həm də populyar olmayan qanunları heç kim parlamentdən keçirmək istəmir. Dar siyasi mənfəətlərlə hökumətin taleyi dəyişdirilə bilməz. Bu əxlaqi bir günahdır".
Bundan başqa, o, Azadlıq və UDAR partiyasının koalisiyadan ayrıldığını açıqlamışdı.
Ukrayna Radasının spikeri Aleksandr Turçinov UDAR və Azadlıq partiyalarından erkən seçkilərə qədər baş nazir postuna namizəd irəli sürmələrini istəyib.
Prezident Poroşenko isə parlamentin erkən seçkilərlə yenilənməsinin vacibliyini bildirmişdi.
Ruslar Ukraynadakı
böhranı
sevinclə qarşıladı
Rusiya Dövlət Dumasının üzvləri isə Ukrayna Ali Radasında hakim koalisiyanın dağılmasını şadyanalıqla qarşılayblar. Bu barədə öz feysbuk səhifəsində Ukrayna Daxili İşlər naziri Arseni Avakov yazıb.
O, Ukraynanın bu durumunda Rusiya parlamentinin üzvlərinin məsələyə bu cür sevinclə yanaşmalarını anlamadığını ifadə edib. Onun sözlərinə görə, koalisiyanın dağılmasının elan edilməsindən sonra Duma iclasına müəyyən fasilə verib və parlament üzvləri Kiyevdə cərəyan edən hadisələri sevinclə qarşılayaraq, sürəkli əl çalıblar.
AB yeni sanksiya
siyahısına Rusiya və
Ukraynanın
15 vətəndaşını və
18 şirkətini daxil etdi
Avropa Birliyi (AB) ölkələrinin daimi nümayəndələri Komitəsi ötən gün Rusiya və Ukraynanın 15 vətəndaşını və 18 şirkətini daxil edərək sanksiya siyahısını genişləndirib. Məlumatda qəbul edilmiş tədbirlərin təfsilatı açıqlanmır.
AB ölkələrinin XİN rəhbərləri iyulun 22-də Avropa Komissiyasına Rusiya barəsində müdafiə sektoru və maliyyə bazarlarına çıxış sahəsi üzrə görüləcək tədbirlərə dair təklifləri hazırlayaraq təqdim etməyi tapşırmışdılar. "Biz Avropa Komissiyası və xarici siyasət xidmətindən Rusiya barəsində müdafiə sektoru, maliyyə bazarlarına çıxış, ikili təyinatlı mallar, həssas texnologiyalar, həmçinin energetika sahələri üzrə görüləcək tədbirlərə dair təkliflərin hazırlanmasını xahiş etmişik", deyə AB diplomatiyasının rəhbəri Ketrin Eşton bildirmişdi.
ABŞ və Niderland
Rusiyaya qarşı
sanksiyaların
sərtləşdirilməsinin
tərəfdarıdır
Beynəlxalq ictimaiyyət Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha sərt tədbirlər görməlidir. Bu fikir ABŞ prezidenti Barak Obama ilə Niderlandın baş naziri Mark Ryutte arasında baş tutmuş telefon söhbəti zamanı ifadə olunub.
Ağ evin açıqlamasında deyilir ki, hər iki dövlət rəsmisi Ukraynanın şərqindəki vəziyyəti təhlil edərkən, Rusiyanın ABŞ və Avropa Birliyi tərəfindən irəli sürülən şərtlərə əməl etmədiyini vurğulayıblar.
Onlar qeyd ediblər ki, son proseslər Rusiyanın separatçılara dəstək verməkdən əl çəkməyəcəyinə dəlalət edir.
Telefon söhbəti zamanı qərara alınıb ki, Ukraynadakı vəziyyətin gərginləşdirilməsinə imkan verilməsin və Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilsin.
ABŞ Ukraynanı
NATO-nun
müttəfiqinə çevirir
"Ukrayna yaxın vaxtlarda NATO-nun hərbi müttəfiqi olacaq". Bu haqda isə Ukraynanın xarici kəşfiyyat idarəsinin keçmiş rəisi Nikolay Malamuj məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda NATO Ukraynaya yeni hərbi texnika almaq üçün maliyyə yardımı edəcək: "Əməliyyat keçirdiyimiz zamanda hərbi texnika ilə bağlı yardımlar yerinə düşdü. Senat və Konqres bu barədə qərarı dəstəkləyir. Yəqin ki, yaxın günlərdə bu barədə qərar qəbul ediləcək".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 10:51:11
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42