Komitə sədri icra başçılarının "ağzından vurdu"
15:03 09-09-2014
CƏMİYYƏT
Komitə sədri icra başçılarının "ağzından vurdu"
Mübariz Qurbanlı
Gəncə, Sumqayıt, Şəmkir və digər şəhər icra
başçılarına qadağa qoydu
Məlum olduğu kimi, bir müddət öncə Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyması haqda məlumat vermişdik. İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər.
Sakinlərin bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq edib. Onlar bildiriblər ki, icra nüamyəndələri ev sahibindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar. Daxil olan digər məlumata görə, icra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər. Onların sözlərinə görə, təmtəraqlı yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər.Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.Bununla yanaşı, Gəncənin icra başçısı Elmar Vəliyev, Şəmkirin icra başçısı Nazim Veysov və digərləri də yas mərasimlərinə qarşı sərt tədbirlərin görülməsi tapşırığını verib. Ancaq icra başçılarına qarşı adekvat addım atılıb.Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər bəzi rayonlarda keçirilən yas mərasimlərinə polis və bələdiyyələr tərəfindən müdaxilə olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. M.Qurbanlı bildirib ki, aparılan araşdırma nəticəsində qeyd olunan məlumatlar təsdiqini tapmayıb. Komitə sədri qeyd edib ki, bu məlumatlar doğru deyil və Azərbaycanın heç bir bölgəsində yas mərasimlərinə bu kimi müdaxilədən söhbət gedə bilməz: "Bizim regionlarda da bölmələrimiz var və biz bunu eşidən kimi dərhal araşdırmaya başladıq. Məlum oldu ki, bu, bəzi sensasiya axtarışına çıxan media vasitələrinin uydurmasından başqa bir şey deyil".M.Qurbanlı qeyd edib ki, yas mərasimləri adət-ənənələrdən irəli gələn haldır və bununla bağlı ancaq tövsiyə, təbliğat xarakterli iş aparılır: "Heç kimin bu mərasimlərə müdaxilə etməyə ixtiyarı yoxdur".Göründüyü kimi, komitə sədri icra başçılarına insanların dini həyatına və yas mərasimlərinə bu şəkildə müdaxilənin yanlış olduğunu bəyan edərək, özfəaliyyət edənlərə yerlərini göstərdi. Yəqin ki, komitə sədri bu prosesin tənzimlənməsində icra hakimiyyətlərinin müdaxilə imkanlarının qarşısını almaq üçün də müvafiq addımlar atacaq.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22