Kənd Təsərrüfatı Nazirliyi narahatlığa əsas görmür
13:01 16-09-2014
CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyi narahatlığa əsas görmür
Rəsmi açıqlama: "Taxıl yığımı azalsa da, qiymət artımı olmayacaq"
"2014-cü ildə 953 min hektarlıq sahədə taxıl biçini artıq yekunlaşıb". Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, sentyabr ayının əvvəlində ölkədə 2 milyon 177 min ton taxıl istehsal olunub, bunun da 1 milyon 440 min tonunu buğda təşkil edib.
"Hər hektarda məhsuldarlıq 22,8 sentner, buğdada isə 23.9 sentner təşkil edib. Bu il mövcud olan iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olub. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə dəmyə ərazilərinin bir hissəsində taxıl əkinləri bitiş verməyib, yaxud da məhsuldarlıq çox aşağı olub. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi məhv olub".
M. Hacıyev qeyd edib ki, texnika cəhətdən heç bir problem olmayıb. "Kombaynla təminat tam yerinə yetirilib. Ən müasir tipli Belçika, Almaniya, Finlandiya istehsalı olan 478 ədəd taxılyığan kombaynlar gətirilib. Taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və qaynar xətt yaradılıb. Taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun rayonlararası hərəkəti operativ şəkildə təşkil edilib. Onlara quraşdırılmış yanğınsöndürən avadanlıqlar hesabına bu il biçin vaxtı yanğın hadisəsinə yol verilməyib və nazirliyə kombayn çatışmazlığı ilə bağlı heç bir müraciət daxil olmayıb".
"Taxıla olan tələbatın müəyyən hissəsi daxili tələbat hesabına ödənilsə də, qalan hissə idxal hesabına ödənilir. Buğda idxalı Azərbaycana əsasən Rusiya, Qazaxıstandan edilir. Dünya bazarına nəzər salsaq görərik ki, bu il taxılın qiyməti dünyada aşağıdır. Ölkədə istənilən qədər taxıl ehtiyatı var. Proqnozlar bunu deməyə əsas verir ki, hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz", - deyə nazirlik rəsmisi vurğulayıb.
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34