İŞİD dəhşətləri: 150 uşaq acından öldü
Terror təşkilatı: "PKK-nı ona görə vururuq ki..."
İŞİD terror təşkilatının hücumlarına görə İraq və Suriyadan 500 min insan öz evindən didərgin düşüb, 150 uşaq acından ölüb. Bu barədə Güneydoğu Anadolu Bələdiyyələr Birliyinin bölgədəki hadisələrlə bağlı hazırladığı hesabatında bildirilir.
Hesabatda deyilir ki, 15 sentyabrdan bu yana kürdlər, süryanilər, şiələr və kaldanilər olmaqla 500 min adam İŞİD hücumlarına görə, yaşadıqları ərazini tərk etməyə məcbur olub. Terrorçulardan qaçaraq Şengal dağlarına sığınan 150 yezidi uşaq acından ölüb, yüzlərlə qadın zorlanıb, onlarla qadın isə ələ keçməmək üçün intihar edib.
Bu arada məlum olub ki, sekulyar təməlinə görə PKK-nın gələcəkdə Avropanın Xaçlı qruplarının ən böyük müttəfiqi olacağını bildirən İŞİD Kobanini buna görə hədəfə götürüb. "haberinbizden.com" xəbər verib ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının internetdə ingiliscə yayımlanan "Dabıq" adlı jurnalının üz qabığında öz bayraqlarını Vatikanın məşhur Petrus meydanından asılmış vəziyyətdə göstəriblər. Şəkil Fotoşop proqramı vasitəsi ilə hazırlanıb.
Adını Suriyanın Dabıq şəhərindən götürən jurnal elan edilən xilafətin rəsmi mətbu orqanı kimi tanınıb.
Jurnalda İŞİD-in PKK-nı niyə vurduğuna dair bu açıqlama verilib: "Niyə PKK-nı vururuq? Çünki xaçlıların gələcək müttəfiqləridir. Marksist və dinsiz bir təşkilat olan PKK sekulyar təməlinə görə gələcəkdə Avropanın xaçlı qruplarının ən böyük müttəfiqi olacaq. Məhz buna görə Kobanini hədəfə götürdük".
Xatırladaq ki, bir aydan çoxdur İŞİD, PKK terror təşkilatının Suriya qolu olan YPG-nin nəzarətindəki Kobani şəhərinə hücumlar edir. Şəhəri tamamilə mühasirəyə alan İŞİD bir həftəyə yaxındır ki, mərkəzə tərəf irəliləməyə can atır.
Murad İbrahimli
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
