İŞİD-dən ABŞ-a 424 milyon dollarlıq zərbə
Amerikalı təyyarəçilər Kobanidə bomba dolu çantaları səhvən terrorçulara verdilər
ABŞ "İslam Dövləti" (əvvəlki adı "İraq və Şam İslam Dövləti" və ya qısaca İŞİD) terror təşkilatına qarşı hərbi əməliyyatlara ümumilikdə 424 milyon ABŞ dolları xərcləyib. "Reuters"-in verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
Avqustun 8-dən etibarən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "İraq və Şam İslam Dövləti" yaraqlılarının mövqelərinə aviazərbələr endirib. Kirbi bildirib ki, ABŞ İŞİD-lə mübarizəyə gündə 7,6 milyon ABŞ dollar xərcləyir.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti" (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə üz tutub.
Bu arada məlum olub ki, Amerikalı təyyarəçilər Kobanidə səhvən bomba dolu çantaları İŞİD-ə veriblər. Halbuki bombalar kürdlərin nəzarəti altında olan bölgələrə atılmalıydı. "Röyters"-in məlumatına görə, Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi bu barədə yayılan məlumatları təsdiq edib. Lakin Kirbi bomba dolu çantaları İŞİD-ə atanların amerikalı hərbçilər olub-olmayacağının araşdırılacağını bildirib: "Silahların böyük hissəsi isə Kobanini müdafiə edən qüvvələrə çatdırılıb". Pentaqondan verilən açıqlamaya görə, bundan əvvəl Kobanidəki kürd silahlı qüvvələrinə 28 dəfə silah yardımı edilib. Həmin silahların bir qismi də İŞİD-in nəzarəti altında olan ərazilərə düşüb.
ABŞ ordusunun xüsusi təyinatlıları Kobanidə
Qərb mətbuatı, hava və quru hərəkatından ötrü kəşfiyyat təmin etmək məqsədilə keçmiş adı "Blackwater" olan "Academi"dən xüsusi təyinatlı qrupun Kobanidəki PYD-çilərə qoşulduğu iddia edib.
Xarici KİV-in yazdıqlarına görə, ABŞ-ın hava yardımlarından sonra Kobanidə hamının gözü xaricdən gələcək hərbi yardıma çevrilib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "hələ peşmərgələr Türkiyədən keçməyib. Ancaq Türkiyənin quru əməliyyatı keçirməsini istəyirlər" deyib.
Yaxşı bəs Kobanidə kimlər döyüşür? ABŞ-a kəşfiyyat məlumatlarını ötürən kimdir?
ABŞ 2003-cü ildə İraqa quru qoşunu yeritməmişdən əvvəl kəşfiyyat məlumatları təmin etmək üçün məhz keçmiş hərbçilərin qurulan "Academi" və ya bütün dünyada tanınan adı "Blackwater"dən istifadə etmişdi. "Blackwater" artıq Kobanidədir.
2011-ci ildə adı dəyişdirilərək yenidən qurulan "Academi" Erik Prins tərəfindən qurulub. İraqda çoxlu sayda mülki şəxsin ölümünə səbəb olduqları üçün şirkəti yenidən quran Erik Prins əvvəlcə "Xe" adından istifadə edib. Lakin 2011-ci ildə yunan filosofu Platonun Akademiyasından ilhamlanaraq şirkətə "Academi" adı verib.
Qərb mətbuatı, hava və quru hərəkatına kəşfiyyat dəstəyini təmin etmək üçün "Academi"dən bir qrup personalın Kobanidəki PYD-çilərə qoşulduğunu iddia edib. Təxminən beş həftədir davam edən döyüşlərdə Kobaninin mərkəzinə edilən yardımların "Academi" qrupu tərəfindən həyata keçirildiyi bildirilib.
Məsud Bərzani tərəfindən göndərilən hərbi təchizatın PYD-yə çatdırılması və istifadə olunmasından "Academi" qrupu tərəfindən təşkil edildiyi bildirilib.
İŞİD-in İraq və Suriyanı işğal etməyə başlamasından sonra ABŞ bu bölgədə "Academi"ni kiçik qruplara bölərək yerləşdirməyə başlayıb. İraqda peşmərgəyə (İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizlik xidmətinin əməkdaşları - red.), Suriyada da PYD-yə hərbi təlim və silahdan istifadə etməkdə yardımlar etməyə başlayıb.
Xatırladaq ki, ABŞ srağagün PYD-yə dəstək üçün Kobaniyə havadan silahlar və tibbi ləvazimatlar göndərib.
İŞİD türkmənləri öldürdü
İŞİD silahlıları İraqda türkmənlərin kompakt yaşadığı zonaya hücum edib. Terror qruplaşması türkmənlərin kompakt şəkildə yaşadığı İraqın Diyala vilayətinə bağlı Qaratəpə qəsəbəsində üç istiqamətdən raket və ağır silahlarla hücum həyata keçirib.
İŞİD silahlılarının atdığı raket nəticəsində 3-ü uşaq, 7-si əsgər olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə ağır yaralanıb.
Bundan başqa, terrorçu qruplaşma qəsəbənin bir kilometr qərbində yerləşən Əlisaray və Seyf Saad kəndlərini də ələ keçirib. Türkmənlərin yaşadığı kəndlərdən aralarında qadın və uşaqlar olan 30 nəfəri qaçırıblar. Daha sonra şiələrə aid məscid və hüseyniyyələrin dinamitlə havaya uçurublar.
Onu da qeyd edək ki, İŞİD silahlılarının Qaratəpəyə hücumları nəticəsində təxminən 10 minə yaxın əhali bölgədən köç etmək məcburiyyətində qalıb.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04