Fransa xalqı Sarkozini bitirdi
13:07 08-05-2012
DÜNYA
Fransa xalqı Sarkozini bitirdi
Yelisey sarayının yeni sahibi - Fransua Holland oldu
Mayın 6-da Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Elə həmin gün gecə saatlarında nəticələrə dair sosialoji sorğu mərkəzlərinin açıqladığı rəqəmlərə görə, sosialistlərin lideri Fransua Holland ölkənin yeni lideri seçilib.
Dörd sosialoji mərkəzin (CSA, TNS, Sofres, Ipsos) apardığı hesablamar göstərib ki, Holland 51,8% - 53,3% səslə rəqibi Nikola Sarkozi üzərində qələbə qazanıb. Sarkozinin aldığı səslər 48,2% göstərilib.
Hələ ilkin nəticələr elan edilməmiş Hollandın mətbuat katibi Manuel Vals jurnalistlər qarşısına çıxaraq "Tezliklə Bastiliyada görüşənədək" deyərək onları salamlayıb.
Fransa televiziyası isə mayın 6-da günün sonunda xəbər verib ki, Holland 51,9% səs toplayıb.
Nikola Sarkozi də seçki gününün sonunda artıq məğlubiyyətini qəbul edib və rəqibi Hollandı qələbə münasibətilə təbrik edib. "Fransada yeni prezident var. Bu, demokratik və respublikaçı seçkidir", - deyə Sarkozi Parisdə öz tərəfdarları qarşısında bəyan edib. O, artıq Hollanda zəng etdiyini və ona dövlət başçısı postunda uğurlar arzuladığını da deyib.
Fransa sosialistləri isə öz namizədlərinin qələbəsini bayram etməyə başlayıblar. Onlar küçələrə çıxaraq Fransa sosialistləri üçün mühüm simvolik əhəmiyyət daşıyan Bastiliya meydanına doğru hərəkətləniblər. Holland tərəfdarlarının qələbə şənlikləri bütün gecə boyu və dünən gün ərzində davam edib.
Dünən isə Fransada prezident seçkilərinin ikinci turunun ilkin nəticələri rəsmən bəlli olub. Seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidentinin 52 faiz səslə sosialistlərin namizədi Fransua Holland olduğu təsdiqlənib. Onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətini rəsmiləşdirib.
Onu da deyək ki, dəyişikliyin tərəfdarı olan yeni prezident Hooland işsizliyin səviyyəsini aşağı salacağını, iqtisadiyyatı qaldıracağını vəd edir. Prezidentlik postu ilə vidalaşan Sarkozi isə güclü Fransanın, immiqrasiya qaydalarını kəskinləşdirməyin və "Fransız həyat tərzi"ni qoruyub saxlamağın tərəfdarıdır.
Qeyd edək ki, Fransuz Holland 1954-cü ildə Fransanın Rouen şəhərində doğulub, siyasi elmlər üzrə təhsil alıb. O, 1979-cu ildə Sosialist Partiyasına üzv olub, 1997-2008-ci illərdə isə bu partiyanın sədrinin birinci müavini kimi fəaliyyət göstərib. 1988-93, 1997-ci illərdə millət vəkili, 2001-2008-ci illərdə isə Tulledə bələdiyyə başqanı seçilib.
Holland ötən il partiyasının prezidentliyə namizədinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə qalib gələrək, Fransa prezidenti vəzifəsi uğrunda mübarizəyə qoşulub.
Bu il aprelin 23-də keçirilən prezident seçkilərinin birinci turunda səslərin 28,63 faizini alaraq, ilk turun qalibi olub.
Fransa mediasının F. Hollandın şəxsi həyatı ilə bağlı yazdığına görə, gənc yaşlarlında tanıdığı siyasətçi Segolen Royal ilə rəsmiləşməyən evliliyindən 4 uşağı var. 2010-cu ildən bəri isə Holland jurnalist Valeriya Trierveiler ilə birlikdədir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 01:06:45
2024-11-23 00:40:00
2024-11-23 00:30:15
2024-11-23 00:27:51
2024-11-23 00:15:32
2024-11-22 23:59:38
2024-11-22 23:45:14
2024-11-22 23:30:24
2024-11-22 23:00:35
2024-11-22 22:42:45
2024-11-22 22:32:33
2024-11-22 22:15:55
2024-11-22 21:43:22
2024-11-22 20:56:07
2024-11-22 20:26:34
2024-11-22 20:06:36
2024-11-22 19:59:51
2024-11-22 19:50:41
2024-11-22 19:29:32
2024-11-22 18:59:58