ABŞ-dakı prezident seçkisində ilginc nöqtə
13:36 12-05-2012
DÜNYA
ABŞ-dakı prezident seçkisində ilginc nöqtə
Barak Obamanın "mavi gedişi" nəyi necə dəyişdirəcək?
ABŞ prezidenti Barak Obama eyni cinsdən olanların nigahını dəstəklədiyini açıqlamaqla Birləşmiş Ştatların bunu edən ilk dövlət başçısı kimi tarixə düşdü. "Mən məsələ üzərində çox düşünmüşəm. Yaxın dost və tanışlarla məsləhətləşmələrim olub. Sonda belə qərara gəlmişəm ki, eyni cinsli cütlüklərin nigahı olmalıdır", - deyən Obamanın qərarına gəlmə ardıcıllığına verdiyi izahdakı səmimiyyət şübhə doğurur.
Çünki məsələ ilə bağlı söz-söhbətlərə diqqət yetirəndə görünür ki, dövlət başçısının mövqeyi heç də yalnız insan azadlığının təzahürü olaraq meydana çıxmayıb. Burada noyabrda keçiriləcək prezident seçkisi kimi əlahiddə səbəb var. Fikrimizə aydınlıq gətirmək üçün bəzi mətləblərə diqqət yetirmək istərdik (168.az).
Əvvəla, bir neçə ay öncəyədək Ağ Evdə deyirdilər ki, B.Obamanın eyni cinslilərin nigahı məsələsinə münasibəti inkişaf mərhələsindədir. Bu inkişafın məntiqi sonluğa çatacağını söyləyən ekspertlər isə ölkə geylərinin həddin artıq təşkilatlanmış siyasi struktura malikliyini vurğulayırdılar. Müşahidəçilər indi də oxşar baxışları bölüşməkdədirlər.
Məsələ burasındadır ki, ABŞ geylərinin ayrı-ayrı cəmiyyətləri ölkədə keçiriləcək prezident seçkisinə aktiv hazırlaşdıqlarını bəyan ediblər. Onlar, o cümlədən yüzlərlə homoseksual və lezbiyan hərəkatları xadimləri seçkiqabağı strategiyanın maliyyə tərəflərinin müzakirəsi üçün Vaşinqtona toplaşacaqlarını bildiriblər. Ümumən Potomak çayı sahilindəki iqamətgahların birində reallaşacaq tədbirin Amerika qey-donorlarının tarixində ən nüfuzlusunun olacağı vurğulanmaqdadır.
Konfrans formatında baş tutması planlaşdırılan görüşün təşkilatçısı "Cil Ekşn" fondu mavilərin ABŞ-dakı ən aparıcı siyasi təşkilatlarından sayılır. Deyilənə görə, məhz bu Fond ölkədə eyni cinslilərin evlənmələrinə qarşı çıxan konqresmenlər və dövlət təmsilçiləri ilə mübarizədə başlıca rol oynayır. Hələlik isə geylər gerçəkləşdirəcəkləri konfransa gizli şəkildə hazırlaşırlar. Buna səbəb tədbiri pozmağa yönələn qüvvələrin mümkünlüyüdür.
Lakin o da diqqətə çatdırılmalıdır ki, ABŞ cəmiyyətində mavilərin tədbirinə maraq kifayət qədər böyükdür. Donor-geylərin seçkiqabağı kampaniyaların maliyyələşdirilməsində də mühüm rol oynadıqlarını nəzərə alsaq, belə desək, onlara sığınmanı stimullaşdıran motivlər aydındır. İş ondadır ki, mavilər ölkənin ən varlı təbəqələri içərisində də mühüm yer tuturlar.
Görünür, bu səbəbdən özünün seçki kampaniyasının maliyyələşməsi üçün yollar axtaran ABŞ prezidenti Barak Obama da məhz gey-donorların dəstəyinə arxalanır. Yeri gəlmişkən, Obamanın "ABŞ-ın hərəkət prioritetləri" adlı iş prinsiplərində "geniş cibli" mavilərin, eyni zamanda Hollivudun "silikon vadiləri"nin, loru desək, aldadılması başlıca yer tutur. Digər maraqlı cəhət ondadır ki, prezidentə işləyən volontyorların (könüllülər) əksəriyyətinin homoseksuallardan və lezbiyanlardan ibarət olduğu vurğulanır.
Amma məsələnin gerçək tərəfi də var. ABŞ geylərinin əksəriyyətinin Demokratlar Partiyasının, hazırkı vəziyyətdə isə qurumun prezidentliyə namizədi B.Obamanın tərəfində dayanmalarının nəticəsi göz qabağındadır. Dövlət başçısı ötən il ölkədəki "soruşma, danışma" ("Dont ask, dont tell") adlı qaydanın qadağan olunmasına kökündən zərbə vurub. Qeyd edək ki, həmin qayda geylərə açıq hərbi xidmət aparmağa yol vermirmiş. Obama administrasiyası eyni zamanda "Nigah haqqında" qanuna eyni cinslilərin nigahına maliyyə yardımının yasaqlanmasını nəzərdə tutan hücumları dayandırıb.
Göründüyü kimi, eyni cinslilərin nigahını dəstəkləməklə Obama əslində çoxdan bəri düşündüyü siyasi gedişi reallaşdırıb. Bu gedişin ona ikinci prezidentliyi gətirəcəyi daha çox ehtimal ediləndir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02