Razim Məmmədovla bağlı növbəti qalmaqallı xəbər
İcra başçısı indi də "Həzi Aslanov" metrostansiyasının çıxışını satdı
"Bakı metrosunun "Həzi Aslanov" stansiyasının çıxışında gecə saatlarında naməlum bir "budka" yerləşdiriblər. Yolumuzun böyük hissəsini bağlayıblar". Bu sözləri musavat.com-a həmin ərazidə yaşayan sakinlər deyiblər.
Bakı metrosunun "Həzi Aslanov" stansiyasının çıxışında naməlum bir "budka" yerləşdirilib və bu da sakinlərin haqlı narazılığına səbəb olub.
Bu günə qədər həmin "budka"nın kim tərəfindən oraya yerləşdirildiyi məlum deyildi.
Ancaq dünən verilən məlumatlara görə, həmin "budka" dönərxana olaraq, fəaliyyət göstərəcək. Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun tapşırığı əsasında bu obyektin açılmasına icazə verilib. Baxmayaraq ki, həmin yerdə "budka" olmasına həm Bakı Metropoliteni, həm də sakinlər narazıdır.
Həmin "budka" metrostansiyanın çıxışında yerləşdirildiyi üçün vətəndaşların metroya giriş və çıxışına mane olur. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də deyib: "Kimsə gecə vaxtı gətirib, o "budka"nı oraya qoyub. Əməkdaşlarımız ərazidə olublar və maraqlanıblar. Amma "budka" sahibinin kim olduğunu hələlik öyrənə bilməmişik. "Budka" metroya giriş və çıxışa mane olur. Ona görə də, biz də bu məsələni araşdıracağıq".
Bu, Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı ilk şikayət deyil. Sakinlər icra başçısı R.Məmmədovun yolu bağlayaraq, bazar açmasına da etiraz edirlər.
Hər həftənin son günlərində Məhəmməd Hadi küçəsi qapadılaraq, bazara çevrilir. Yəqin ki, icra başçısına bu da kifayət etməyib və "Həzi Aslanov" stansiyasının çıxışını da sataraq, əlavə pul qazanmaq niyyətinə düşüb.
Qeyd edək ki, Xətai rayonunun icra başçısı həmçinin rayon ərazisindəki yaşıllıqları qırması ilə də məşhurdur. Həmin yaşıllıqların yerində isə ya ticarət obyektləri tikilir, ya da yaşayış binaları. Mətbuatda bu mövzuda kifayət qədər tənqidi materiallar səslənsə, Xətai sakinləri bu cür hallarla bağlı həm KİV-ə, həm də aidiyyatı dövlət qurumlarına dəfələrlə şikayətlərini çatdırsalar da, Razim Məmmədovun rayonunda belə faktların ard-arası kəsilmir ki, kəsilmir.
Günel Əkbər
Digər Xəbərlər
2025-02-28 08:47:00

2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
