Azərbaycanın xarici ticarətinin də vəziyyəti pisləşir
13:15 12-09-2015
CƏMİYYƏT
"Neftin ucuzlaşdığı bir vaxtda qeyri-neft sektorunun iqtisadiyyata dəstək verə bilməməsinin ağır nəticələri yaşayırıq. Qeyri-neft sektorunun inkişafının əsas lokomotivi ixracın gücləndirilməsi ola bilər. Ancaq xarici ticarətdə bu istək hələki reallıqdan çox uzaqdır". Bunu iqtisadçı-ekspert Samirp Əliyev dünən özünün facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin 7 aylıq statistik məlumatlarına görə, ixracda qeyri-neftin payı 13%-ə yüksəlib: "Halbuki uzun müddət bu göstərici 7%-dən çox olmayıb. Qeyri-neftin ilk baxışdan artım kimi görünən payı əslində həcmcə azalıb. Yəni 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ixracı $991 milyon dollar olduğu halda bu ilin müvafiq dövründə $4 milyon azalaraq $987 milyona düşüb. Qeyri-neftin payının artması isə neft sektorunun ixracının 2 dəfəyədək azalması ilə bağlıdır.
Ümumən götürdükdə xarici ticarətin vəziyyəti gekdikcə pisləşir. 7 aylıq nəticələrə görə, müsbət saldo azalır və ixracla idxalın artıq "görüşmək" ehtimalı da artır. 2014-cü ilin 7 ayında ixrac ixdaldan 2,7 dəfə çox olduğu halda bu ilin müvafiq dövründə üstünlük 41.5%-ə enib. Yəni ixrac $13,3 milyarddan $7,5 milyarda düşüb, idxal isə $4,9 milyarddan $5,3 milyarda qalxıb. Yanvar-iyul aylarında müsbət saldo $8,4 milyarddan $2,2 milyarda düşüb.
İxracın azalmasının əsas səbəbi təbii ki, neftin dünya bazarlarında ucuzlaşmasıdır. Ötən ilin 7 ayı ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 43,6%, neft məhsulları 40,3%, təbii qaz 31,8% azalıb. Ancaq azalma qeyri-neft sektorunda da baş verib. Yeyinti məhsullarından çay ixracı 43,7%, bitki və heyvan mənşəli piylər və yağlar 30,3%, şəkər 7,4%, spirtli və spirtsiz içkilər 32,3% azalıb. Sənaye məhsullarından isə plastmassa və onlardan hazırlanan məmulatlar 19%, gön və aşılanmış dəri 36,9%, qara metallar 43,7% azalıb. Yeganə artım meyvə-tərəvəzdə (0,8%), kimya sənayesi məhsulları (66,9%) və alüminium məmulatlarında (10,85%) qeydə alınıb.
Azərbaycanın ixracında MDB ölkələrinin mövqeyi bu il pisləşib və ümumilikdə 43% azalma olub. Rusiyaya ixrac 40%, Belarusa 51,4%, Qazaxıstana 63%, Qırğızıstana 84%, Özbəkistana 70%, Ukrayna 65% azalıb. Azalma Avropa İttifaqında da baş verib və bunun əsas səbəbi neftin ucuzlaşmasıdır".
Sənan Mirzə
Digər Xəbərlər
2025-05-24 20:10:10

2025-05-24 16:54:46

2025-05-24 16:21:34

2025-05-24 15:41:14

2025-05-24 14:55:36

2025-05-24 14:46:36

2025-05-24 12:44:49

2025-05-24 12:17:31

2025-05-24 11:45:25

2025-05-24 11:29:37

2025-05-24 11:13:54

2025-05-24 10:50:02

2025-05-24 10:27:13

2025-05-24 01:41:28

2025-05-24 01:14:59

2025-05-23 22:45:23

2025-05-23 21:14:54

2025-05-23 19:30:57

2025-05-23 19:08:08
