Şahin Mustafayevin 21 milyonluq müəmmalı müqaviləsi
10:49 18-09-2015
CƏMİYYƏT
"M-NAF" MMC yenə dövlət sifarişi aldı: niyə tenderdə həmişə bu şirkət qalib gəlir?
İqtisadiyyat və Sənaye Nazirliyi yanında fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ ) Neftçala rayonunda Sənaye Məhəlləsinin tikintisi üçün "M-NAF" MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 21 mln. 823 min manatdır. Bu barədə Dövlət Satınalmalar Agentliyi bildirib.)
Bundan öncə 2014-cü ildə Sumqayıt Kimya-Sənaye Parkı (İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyindədir) giriş və daxili avtomobil yollarının inşasını bu şirkətə etibar etmişdi. İşlər 44,7 mln. manat həcmində dəyərləndirilmişdi. Əvvəlki illərdə də tərəflər 31,6 mln. manatdan çox həcmdə bir neçə müqavilə bağlayıblar.
2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi bu şirkətlə ümumi məbləği 10 mln. manatdan çox həcmdə bir neçə müqavilə imzalayıb.
Azərbaycan İxracın Təşviqi və İnvestisiyalar Fondunun (AZPROMO) ehtiyacları üçün "M-NAF" şirkətinin vasitəsilə bir neçə kiçik satınalma işləri həyata keçirilib.
Bu şirkətin adı dövlət büdcəsindən maliyyələşdirilən, əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin qurumlarının maliyyələşdirdiyi layihələrdə keçir.
10 ha ərazidə Neftçala sənaye məhəlləsinin yaradılması haqda sərəncam bu ilin fevralında imzalanıb. Onun təşkili və tənzimlənməsi AİŞ ASC-yə həvalə edilib.
Əksər müstəqil ekspertlər Azərbaycanda keçirilən tenderlərin obyektivliyinə və şəffaflığına şübhə edirlər. Onlar bildirirlər ki, dövlət qurumları üçün tenderlər bir qayda olaraq formal xarakter daşıyır və korrupsiya qoxuyur.
Bir çox nazirliklərin tenderlərini eyni şirkətlərin udması da müəmmalı məqamlardan xəbər verir. Hesab olunur ki, əslində tenderlərin təşkili gözdən pərdə asmaq xarakteri daşıyır və onlar icraçı şirkətlərlə qaranlıq əməkdaşlığı malalamaq üçündür.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58