Rauf Arifoğlu deputatlığa namizədliyindən danışdı
10:51 18-09-2015
CƏMİYYƏT
Baş redaktor: "Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsi ilə bildirəcəm"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı verilən suallara sosial şəbəkə vasitəsi ilə cavab verib.
"Unikal"ın məlumatına görə, baş redaktor hələ də tərəddüd içində olduğunu qeyd edib. "Daha çox həmkarlarım sual edirlər, seçkilərdə iştirakla bağlı son qərar verdinizmi? Qərəzkarlarımın bəziləri isə məni artıq deputat "seçib". Gerçəksə budur ki, hələ də tərəddüdlü durumum qalır. Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim qələbəm keçən dəfələrdə (2005-2010) olduğu kimi, dəyişdirilməyəcək, namizədliyimi verəcəm.
Bunlardan hər hansı biri olmasa, boşuna zaman və para xərcləmək fikrim yoxdur. Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: Hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik. Rayonlara gedib, seçki kampaniyası keçirtmək isə, əvvəldən də dediyim kimi, istisna olunur. Yeni Müsavatın işinə, həyatımızın ritminə mənfi təsir edəcək; heç uyğun deyil", - R. Arifoğlu qeyd edib.
R. Arifoğlu əlavə edib ki, bu baxımdan, bir sıra "qaranquşlar" məni kimlərləsə üz-üzə qoymaq zəhmətini çəkməsinlər: "Namizədliyimizi versək, Bakıdan verəcəyik, verməsək, Yeni Müsavat, musavat.com, minval.az adlı tribunalarımızdayıq...
Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsi ilə bildirəcəm. O zamana qədər xahişim budur ki, hörmətli həmkarlarım bu mövzuda məni narahat etməsinlər".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44