19 yaşlı qızı qaçırıb 17 gün zorladı - Bakıda dəhşət
15:29 19-09-2015
CƏMİYYƏT
Polisə tez-tez gənc oğlanların evlənmək məqsədi ilə qız qaçırmaları barədə məlumatlar daxil olur. Amma bu dəfə qız qaçırtmanın məqsədi başqa olub.
Bu barədə Vesti.Az-a Bakı şəhərinin Xəzər rayon Polis bölməsindən bildiriblər.
Məlumata əsasən, dünən 2-ci polis bölməsinə 19 yaşlı A.P. müraciət edərək bildirib ki, o, sentyabrın 1-də Niyaməddin adında oğlanla evdən qaçıb. Onun sözlərinə görə, Niyaməddin onunla evlənəcəyinə söz verib, qız isə inanaraq evdən gedib.
Cinayətkar qızı ünvanı məlum olmayan evə gətirib, onu orada bağlı qapılar arxasında saxlayıb.
Sentyabrın 1-dən 17-nə kimi cinayətkar qıza qarşı seksual xarakterli hərəkətlər edib. Sentyabrın 17-də qız ordan qaçmağa müvəffəq olub və dərhal yardım üçün polisə müraciət edib.
Hal-hazırda istintaq cinayətkarın kimliyini müəyyənləşdirmək üzərində işləyir. Bununla əlaqədar polis gənc qızları tanımadıqları adamlarla evdən qaçmamağa çağırıb, çünki bunun sonu faciəli də ola bilir.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22