AXCP-də daha bir qalmaqal
10:27 22-09-2015
CƏMİYYƏT
Əli Kərimlinin tərəfdarlarından Sahib Kərimliyə qarşı satqın ittihamı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə iddiasını ortaya qoyan Rəyasət Heyətinin üzvü Sahib Kərimli təhqirlərlə üzləşib.
"Unikal"ın məlumatına görə, bu barədə AXCP Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli özünün "Facebook" səhifəsində yazıb. "Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, amma iddiamın arxasında hansısa niyyət axtarılır. Nəyi və niyə sataraq iddialı olum ki? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa, əl sıxaq, öyrənək, öyrədək. Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar", deyə S.Kərimli bildirib.
AXCP-nin bəzi üzvləri S.Kərimlini hakimiyyətə işləməkdə, AXCP daxilində qarşıdurma yaratmaqda ittiham edirlər.
Xatırladaq ki, AXCP sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultay keçirmək niyyətindədir.
Dünən sosial şəbəkələrdə Əli Kərimlinin Partiyasında baş verən başqa bir şok hadisə ilə bağlı açıqlamalar diqqət mərkəzinə gəlib. AXCP-nin Əli Kərimli kəsiminin Nərimanov şöbəsinin keçirməyə çalışdığı konfransdan sonra təşkilaçılarla sifarişçilər arasında pul qalmaqalı başlayıb.
Sosial şəbəkələrdə konfransa gətirilən şəxslərə pul vəd edildiyi, ancaq tədbirdən sonra vəd edilən vəsaitin ödənilmədiyi haqqında məlumatlar yayılıb. Belə ki, konfrans iştirakçılarından ancaq 7 nəfərin partiya mənsubiyyəti olduğu, digərlərini isə müəyyən məbləğ qarşılığında konfransda iştiraka razılıq verdiyi vurğulanıb. Ancaq konfrans bitdikdən sonra vəd edilən vəsait ödənilmədiyindən qalmaqal yaranıb və tərəflər rəhbərlikdə təmsil olunan şəxsləri ittiham edib. Konkret olaraq pul qalmaqalında Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının adı çəkilib. Məlumatlara görə, Fuad Qəhrəmanlı konfransdan sonra söz verilən pulları təşkilatçılara çatdırmayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22