Əbülfəs Qarayev Argentina diplomatı ilə görüşüb
12:16 23-09-2015
CƏMİYYƏT
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain ilə görüşüb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı mədəni əlaqələrin inkişafından söhbət açılıb. E.Zuain mədəniyyət sahəsində Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsini təklif edib.
Ə.Qarayev təklifi yüksək qiymətləndirib, Argentina turoperatorları üçün tanışlıq turunun təşkil olunmasını da qeyd edib. Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22