Səməd Seyidov: "Azərbaycan beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına böyük əhəmiyyət verir"
12:16 23-09-2015
CƏMİYYƏT
«Azərbaycan tərəfi Avropa Şurasına üzv olduğu müddətdə bir çox ölkələrdə seçkilərin gedişini izləyib, mövcud problemləri görüb və kifayət qədər təcrübə toplayıb».
Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, noyabrın 1-də parlament seçkilərinin demokratik şəkildə, şəffaf keçirilməsi üçün ölkəmizdə ciddi hazırlıq işləri görülür. Onun sözlərinə görə, bu prosesdə Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa tam hazırdır.
«Azərbaycan beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına böyük əhəmiyyət verir. Məqsədimiz Avropadan və dünya ölkələrindən gələnlərin seçki prosesində Azərbaycandakı reallığı görməsidir. Seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb»- deyə, komitə sədri vurğulayıb.
Toğrul
Digər Xəbərlər
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44