Bayram Səfərov: "Martirosyan Azərbaycana pənah gətirib"
12:18 23-09-2015
CƏMİYYƏT
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" ictimai birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirib.
Jurnalistlərə açıqlama verən Bayram Səfərov bildirib ki, V. Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir:
"Erməni pənahının yalnız Azərbaycan xalqında olduğunu görüb. Erməninin Azərbaycana əl uzatması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz".
O, erməninin açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir: "Ermənistan rəhbərliyinin siyasətə aidiyyəti olmayan ermənilərin belə başına açdığı oyunu hamı görür".
Digər Xəbərlər
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55