Hansı səfir Elmar Məmmədyarova qarşı çıxır?
12:21 23-09-2015
CƏMİYYƏT
Xarici işlər naziri onu Bakıya qaytara bilmir
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev 6 aydır ki, qanunsuz olaraq fəaliyyət göstərir. Bu barədə məlumat verən Azərbaycanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə iddia edir ki, Altay Əfəndiyevin səfirlik müddəti 4 ay əvvəl bitib və o geri çağırılıb.
Lakin buna baxmayaraq o hələ də İspaniyada Azərbaycanın səfiri kimi fəaliyyət göstərir.
Mənbə onu da bildirib ki, Altay Əfəndiyev səfirliyi ailə təsərrüfatına çevirib: "Səfirliyin vur-tut beş əməkdaşı var. Onlar da hamısı bir-birilə qohumdur. Məsələn, səfirliyin attaşesi Əsəd Muradovdur, mühasib isə onun xanımıdır. Digər əməkdaşlar da bir-birinə, o cümlədən Altay Əfəndiyevə qohumdur. Mənbənin sözlərinə görə, nazir Elmar Məmmədyarov da məsələdən xəbərdardır. Lakin hansısa səbəbdən heç bir tədbir görmür. "Faktiki olaraq geri çağırılmış Altay Əfəndiyev hansı əsas və -hansı maliyyə ilə orada saxlanılır bəlli deyil. Bu məsələ araşdırılarsa heç şübhəsiz korrupsiya faktları üzə çıxacaq".
Qeyd edək ki, son vaxtlar Azərbaycanın diplomatik korpusunda bəzi qalmaqallar yaşanıb. Belə ki, bu ayın əvvəllərində Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar barədə açıqlamalar yayıb. XİN hadisəyə dərhal münasibət bildirib və şikayət edən şəxsin işdən qovulduğunu açıqlayıb. Bunun ardınca mətbuatda Anar Həsənovun sığınacaq üçün Avstraliya hökumətinə müraciət etməsi barədə məlumatlar yayılıb.
Ondan əvvəl isə Azərbaycanın başqa bir diplomatı Arif Məmmədovla bağlı qalmaqal yaşanmışdı. Məmmədov hətta bir qədər irəli gedərək siyasi iddialar da nümayiş etdirməyə başlamışdı.
Sentyabrın ikinci ongünlüyündə isə Azərbaycan XİN-nin sabiq əməkdaşı Nahid Cəfərov Hollandiyada siyasi sığınacaq istəyib.
Bütün bu baş verənlər isə xarici işlər naziri Elmar Məmmədyarovu mətbuatda və hökumət kulislərində tənqid hədəfinə çevirib. Hesab olunur ki, o, diplomatik korpus üzərində nəzarəti xeyli itirib. «Belə görünür, qarşıdakı dönəm xarici işlər nazirimiz üçün olduqca çətin keçəcək. Əgər diplomatik korpus əməkdaşları ilə bağlı qalmaqallar davam edərsə onun hətta vəzifəsindən kənarlaşdırıla biləcəyini də istisna etməmək lazımdır» - deyə «Unikal» qəzeti bir müddət əvvəl baş verənləri təhlil edərkən yazmışdı.
İndi isə İspaniyadakı səfirimizlə bağlı məlum iddianın ortaya atılması kifayət qədər ilgincdir və əgər həmin iddia təsdiqlənərsə, bu, Məmmədyarov üçün yeni başağrısına çevrilə bilər. Onun diplomatik korpus üzərində nəzarəti itirdiyi təsdiqlənər və ölkəyə yeni xarici işlər nazirinin lazım olduğuna heç bir şübhə yeri qalmaz.
Hər halda dünən bu barədə yayılan məlumatın üstündən saatlar keçməsinə rəğmən XİN-dən hər hansı təkzib, və ya təsdiq açıqlaması gəlməmişdi. Nazirliyin kifayət qədər ciddi bir iddiaya hər hansı reaksiya bildirməməsinin özü də maraq doğurur. Unutmayaq ki, bizdə od olmayan yerdən tüstü çıxmadığına dair atalar sözü olduğu kimi, susmağın razılıq əlaməti olduğu haqda da müdrik el kəlamı var.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18