Şeyxdən Qurban bayramı təbriki
12:24 23-09-2015
CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
QMİ-dən "Unikal"a verilən məlumata görə, təbrikdə deyilir: "Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm.
İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha--Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı dünya müsəlmanları ilə bərabər bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.
Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.
Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!"
Z.Məmmədli
Digər Xəbərlər
2024-07-08 18:54:25
![Baş prokuror Vyanada COP29-la bağlı görüş keçirdi- FOTO Baş prokuror Vyanada COP29-la bağlı görüş keçirdi- FOTO](/photos/unikal/1720451267_WhatsApp Image 2024-07-08 at 18.46.59.jpeg)
2024-07-08 18:20:29
![Dələduzların saxta vədlərinə və yalanlarına inanmayın -DİN-dən MÜRACİƏT Dələduzların saxta vədlərinə və yalanlarına inanmayın -DİN-dən MÜRACİƏT](/photos/unikal/1720448548.4bb60171-c365-3f3f-9d32-93415af2113f_850.jpeg)
2024-07-08 18:08:31
![Sabah bu rayonlardaqaz olmayacaq Sabah bu rayonlardaqaz olmayacaq](/photos/unikal/1720447889.656021387330d656021387330e1700798776656021387330a656021387330c.jpg)
2024-07-08 17:47:00
![Neftçalada şəhid Camal İsmayılovun doğum günü qeyd olunub -FOTOLAR Neftçalada şəhid Camal İsmayılovun doğum günü qeyd olunub -FOTOLAR](/photos/unikal/1720446480_31722f1e-c43e-4122-b380-6d4211e7a6d4.jpg)
2024-07-08 17:14:00
![Bu küçədə hərəkət tamməhdudlaşdırılacaq Bu küçədə hərəkət tamməhdudlaşdırılacaq](/photos/unikal/1720444450_1697698437_photo_5298753543542525934_y1720167671.jpg)
2024-07-08 17:12:07
![Qarabağ Universitetinə mətbuat katibitəyin edildi Qarabağ Universitetinə mətbuat katibitəyin edildi](/photos/unikal/1720444480.ayten_guliyeva.jpg)
2024-07-08 16:58:54
![MİQ imtahanlarında iştirak edən ər-arvadyüksək bal topladı MİQ imtahanlarında iştirak edən ər-arvadyüksək bal topladı](/photos/unikal/1720443656.450140273_122155060976183105_3703433261511587537_n.jpg)
2024-07-08 16:35:52
![Sabah Neftçaladaqaz olmayacaq Sabah Neftçaladaqaz olmayacaq](/photos/unikal/1720442233.qazzz.jpg)
2024-07-08 16:05:36
![Baş prokuror Vyanada işgüzar səfərdədir- FOTOLAR Baş prokuror Vyanada işgüzar səfərdədir- FOTOLAR](/photos/unikal/1720440375.0d042c22-aba1-4cc3-b842-a8cfc5bb78bc.jpg)
2024-07-08 16:01:00
![Şimşək çaxacaq, dolu düşəcək- XƏBƏRDARLIQ Şimşək çaxacaq, dolu düşəcək- XƏBƏRDARLIQ](/photos/unikal/1720440079.1680691362_240671_eqmxfjsd3g.jpg)
2024-07-08 15:47:02
![Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixiaçıqlandı Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixiaçıqlandı](/photos/unikal/1713517221.pensiya.jpg)
2024-07-08 15:44:00
![BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü” keçirilib -FOTOLAR BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü” keçirilib -FOTOLAR](/photos/unikal/1720439107.3-IDP.jpg)
2024-07-08 15:38:42
![Xəzərdə balıqların tələf olma səbəbiAÇIQLANDI - VİDEO Xəzərdə balıqların tələf olma səbəbiAÇIQLANDI - VİDEO](/photos/unikal/1720438854.0f6e12eb-03c1-34ac-b519-8d58268100ef_850.jpg)
2024-07-08 15:36:00
![Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur- SİYAHI (FOTOLAR) Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur- SİYAHI (FOTOLAR)](/photos/unikal/1720438618.memur-1.jpg)
2024-07-08 15:25:00
![Kərəm Mustafayevprokurorluğa çağırıldı Kərəm Mustafayevprokurorluğa çağırıldı](/photos/unikal/1720437916.Karam_Mustafayev__cropped_.jpg)
2024-07-08 15:17:32
![Fikrət Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Fikrət Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib](/photos/unikal/1720437775.b7a388c5-a0cc-324c-812f-efce084474ec_850.jpg)