Kənd təsərrüfatı naziri fermerlərə müraciət edib
10:59 24-09-2015
CƏMİYYƏT
Kənd təsərrüfatı naziri Heydər Əsədov pambığını sata bilməyən fermerlərlə bağlı problemə münasibəti bildirib. Problemin artıq bu gündən həll olunduğunu bildirib.
"Problem mənə bəllidir. Dünən bizim bir sıra özəl şirkətlərlə danışıqlarımız axşam saatlarına kimi davam edib və bitib. Bu gün saat 12-dən sonra pambıq yetişdirənlər artıq bizim sayta və "MKT İstehsalat Kommersiya" MMC-nin filiallarına müraciət edə bilərlər. Burada pambığın növləri üzrə alış qiyməti əks olunub", - deyə H.Əsədov vurğulayıb.
Nazir əlavə edib ki, pambıq yetişdirənlər məhsullarını "MKT İstehsalat Kommersiya" MMC-nin filiallarına müəyyən olunmuş qiymətlər üzrə təhvil verə bilərlər.
H.Əsədov bildirib ki, özəl şirkətlərlə əldə olunmuş razılaşmaya əsasən sadəcə hazır məhsulun alışını öz üzərinə götürüblər.
Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyəti, 2015-ci il mövsümü üzrə Cəmiyyətlə müqaviləsi olmayan pambıq istehsalçılarından (dünya bazarında mahlıcın mövcud qiymətləri nəzərə alınmaqla) xam-pambığın qəbulunu elan edir:
1-ci növ üzrə- 380 manat/ton
2-ci növ üzrə- 360 manat/ton
3-cü növ üzrə- 350 manat/ton
4-cü növ üzrə- 330 manat/ton
Qəbul edilən xam-pambığın dəyəri tərəflər arasında bağlanacaq müqavilə əsasında növlərə uyğun qiymətlərlə 1-3 gün ərzində ödəniləcək. Elanda göstərilənlərlə əlaqədar pambıq istehsalçılarından Cəmiyyətin yerlərdə olan filiallarına müraciət etmələri xahiş olunur.
Vüsal
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18