Əli Abbasov Serbiyalı qonaqlarla görüşüb
09:25 29-09-2015
CƏMİYYƏT
Baş nazirin müavini: "Azərbaycanla Serbiya İKT sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir"
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, Ə. Abbasov Azərbaycan və Serbiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə söykənən əməkdaşlığın inkişafında rabitə, İKT və telekommunikasiya sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Münasibətlərdəki irəliləyişlər və qazanılan uğurlara baxmayaraq, bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdıran Ə. Abbasov mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın dinamik inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən R. Lyayiç də İKT və yüksək texnologiyalar sahəsində münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün qarşılıqlı istəyin olduğunu, eyni zamanda keçirilən görüşlər sayəsində əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının Hökumətlərarası Komissiyanın 4-cü iclasında əsas müzakirə mövzularından biri olduğunu da xatırladan serbiyalı nazir bu sahənin gələcək inkişafı ilə bağlı fikirlərini də paylaşıb.
Daha sonra görüşdə İKT və yüksək texnologiyalar sahəsi üzrə İşçi Qrupun yaradılması və İşçi Qrup çərçivəsində ilkin müzakirələrin Belqradda keçirilməsi, 2-5 dekabr tarixlərində keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015") sərgi və konfransı çərçivəsində isə müzakirələrin Bakıda davam etdirilməsi qərara alınıb.
F.Əliyev
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28