Adil Əliyev: "Sərkisyan işimizi asanlaşdırdı"
09:26 29-09-2015
CƏMİYYƏT
Ermənistan prezidenti Serj Sərkisyanın "Dağlıq Qarabağın Ermənistana məxsus olması" fikrindən sonra işğalçı ilə masa arxasında danışmağa mövzu qalmır.
Bu barədə millət vəkili Adil Əliyev öz Feysbuk hesabında yazıb. Deputat bildirib ki, "Dağlıq Qarabağ Ermənistan ərazisidir" fikrini səsləndirən Sərkisyan bununla da işğalın məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürdü: "Bu vaxta qədər deyirdilər ki, guya Dağlıq Qarabağ "müstəqil dövlətdir" və onlarla danışmaq və rəylərini nəzərə almaq lazımdır. Bəzən beynəlxalq vasitəçilər də bu sərsəm fikrə uyaraq danışıqlara Dağlıq Qarabağ separatçılarının liderlərini cəlb etməyi lazım bilirdilər. Elə o vaxt da vasitəçilərə bildirirdik ki, torpaqlarımızı Dağlıq Qarabağın erməni əhalisi yox, Ermənistan işğal edib. İndi isə Ermənistan prezidenti açıq-aşkar deyir ki, Dağlıq Qarabağ "mənəm". Bəlkə beynəlxalq vasitəçilər bu açıqlamadan sonra bizə inanarlar. "Dağlıq Qarabağ Ermənistan ərazisidir" fikrini deyən işğalın məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürür. Əvvəllər gizlətməyə çalışdıqlarını indi açıq etiraf edirlər. Azərbaycan ordusunun içğalçını cəzalandıracağına zərrə qədər də şübhəm yoxdur.
Ancaq ATƏT-in Minsk Qrupu və böyük dövlətlərin başçılarının Sərkisyanın açıqlamasına susması təəccüblüdür. Axı Sərkisyanın "Ermənistana birləşdirdiyi ərazini" dünya dövlətləri Azərbaycan ərazisi kimi tanıyır və qəbul edirlər. Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza da bu açıqlamanın vəziyyəti daha da gərginləşdirəcəyini deyib. Bəs onda, Brayzadan daha yüksək vəzifə tutanlar niyə susurlar? Biz nəyin uğrunda vuruşub şəhidlik zirvəsinə hazır olduğumuzu bilirik, bəs Ermənistandan zorla işğal altındakı torpaqlara gətirilən gənc ermənilər nəyin uğrunda ölürlər? Əslində, Sərkisyan bizim işimizi asanlaşdırdı. Sabah torpaqlarımızı azad edəndə "niyə Ermənistanla müharibə edirsiniz" deyə soruşduqlarında dərhal Sərkisyanın açıqlamasını xatırladacağıq".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18