İqbal Ağazadə: "Başımda buynuzum olmalıydı ki?"
09:34 30-09-2015
CƏMİYYƏT
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) rəhbəri Araz Əlizadənin ona "Adi bir rəqibdir" deməsini cavabsız qoymadı.
"Başımda buynuzum olmalıydı ki? Rəqib adi rəqib olur da. Hansı rəqibin başında buynuzu olur? Rəqiblərin hamısı adi rəqibdir. Söhbət gücdən gedir. Seçicinin verə biləcəyi cavabdan söhbət gedir. Seçici mesajlara necə cavab verir? Sənin ərazindən seçici mənim mesajlarımı qəbul edir və mənə dəstək olur", - deyə İqbal Ağazadə bildirib. "Namizəd olan hər bir kəs bilir ki, seçicilərin mənə olan münasibəti ona olan münasibətdən ən azı neçə dəfə yaxşıdır. Ən azı neçə dəfə! - deyən millət vəkili digər rəqibləri barədə də danışdı. - Mənim ciddi ilgiləndiyim, maraqlandığım rəqibim yoxdur. Mən seçici ilə işləyirəm. Rəqiblərin hamısını mən ciddiyə alıram, amma hesab etmirəm ki, məndən güclüdürlər".
Onun sözlərinə görə, rəqiblərinin hamısına hörmətlə yanaşır: "Uzun müddət yol keçmiş adamlar da var, siyasətə yeni qoşulanlar da var. Hamısına sayğı duyuram, hörmətlə yanaşıram. Seçicilərin mesajlarıma verilən cavabı, mənə olan münasibəti, onlar özləri də bilirlər, fərqlidir".
Xatırladaq ki, İ.Ağazadənin namizədliyi 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürülüb.
Aynurə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18