Nazir Əli Abbasov İraq səfiri ilə görüşüb
08:23 01-10-2015
CƏMİYYƏT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirilib.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, görüşdə Azərbaycan Hökuməti və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Əli Abbasov əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün hər iki tərəfin böyük maraq və səy göstərdiyini, bu təşəbbüslərin hökumət və ölkə rəhbərlikləri səviyyəsində hər zaman dəstəkləndiyini qeyd edib. İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu da nəzərə çatdıran nazir Azərbaycan-İraq əlaqələrində yeni istiqamətlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
Görüşün sonunda Ə. Abbasov münasibətlərin inkişafında səmərəli fəaliyyətinə görə səfirə bir daha təşəkkürünü bildirib və gələcək işlərində uğurlar diləyib.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18